17.09.2017

Ağarza Quliyev

Quliyev Ağarza Səməndər oğlu (22 dekabr 1898, Lənkəran – 15 sentyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanı SSR Əməkdar incəsənət xadimi (1960).  Ağarza Quliyev 22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq “Almaz”, “Yeni horizont”, “Qara daşlar”, “Səhər”, “Ulduz”, “Mən ki gözəl deyildim” tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə vəfat edib.