20.08.2017

Ağdaş rayonu Maqsud Şeyxzadənin ev muzeyi

Muzey 1989-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən rayon ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.Ölkənin tanınmış elm və mədəniyyət xadimləri dəfələrlə muzeydə qonaq olmuşlar. Muzeyin əsas fəaliyyəti Maqsud Şeyxzadə irsinin gənc nəsillərə təbliğ etməkdən ibarətdir. Muzeyin fondu Maqsud Şeyxzadənin kitablarından, şəxsi əşyalarından, fotolarından və şair haqqında müxtəlif dövrlərdən çıxan məqalələrdən ibarətdir. Fondda 226 eksponat qorunur.