20.08.2017

Astara rayon Tarix-Diyarşünaslıq muzeyi

Astara rayon Tarix-Diyarşünaslıq muzeyi 1980-cı ildə yaradılmışdır. Muzeydə hal-hazırda 7790 eksponat qorunub saxlanılır. 2004 ədəd eksponat muzeyin ekspozissiyasında nümayiş olunur. 5786 eksponat muzeyin fondunda saxlanılır. Yaş təbəqələrinə uyğun ekskursiyalar aparır , məruzə və mühazirələr təşkil olunur. Yay mövsümündə əhalinin asudə vaxtlarını səmərəli keçirməsindən ötrü tədbirlər keçirir, sərgilər təşkil olunur. Muzeydə və hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər təşkil olunur. Sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur. Muzeydə və məktəblərdə şagirdlər üçün tarix dərsləri keçirilir. Tanınmış şəxsiyyətlər üçün yubileylər keçirilir. Muzey il ərzində toplayıcılıq yolu ilə eksponatları muzeyə daxil edir.