Aktyorlar

Abbasova Sahibə Əliqulu qızı
Azərbaycan Opera və Balet Teatrı

Sahibə Abbasova 1956-ci ildə Ağcəbədi rayonunda anadan olmuşdur. 1979-cü ildə A.Zeynallı adina Bakı Musiqi Texnikumunu bitirmişdir. 1976-cı ildən Sahibə Abbasova Akademik Dövlət Opera və Balet Teatrının solistidir. M.Maqomayevin “Şah İsmail” operasında Ərəbzəngi, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leylinin anası, Ş.Axundovanın “Gəlin qayası” operasında Tutu, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası rollarını ifa edir. 2006-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görulmüşdür.

Abbasquliyev Elnur Mais oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram taetrı və kino aktyoru” fakültəsinə daxil olmuş və 2000 – ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərədək B.Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktyor işləyir. O, Mehman Musabəyov “Şəngül, Şüngül, Məngül” – (Şəngül), “3 badam,1 qoz” – (2-ci badam), Şeyx Əttar Nişapuri “Uçuş” – (6-cı saliq), Çingiz Aytmatov “Manqurt” – (Nayman döyüşçüsü), Bəxtiyar Xanızadə “Nağaraçılar” – (Şagird nağaraçı), Bəxtiyar Xanızadə “Şərqə səyahət”-(Musiqiçi, Oğru, Konfutsi), Qurban Məsimov “Muğam trio – Dizlər” – (Kaman ifaçısı), Üzeyir bəy Hacıbəyovun “Biz nə tövr iş görürük?” felyetonu əsasında “Dulusçu” – (1-ci mim), A.Kamyu “İnsan” – (Dalandar, Qoca Salomono), Bəxtiyar Xanızadə “Zibillik pərvanələri” – (Skripkaçı), B.Xanızadə “Eşq” – (Ulduz, Vərəq), A.Ekzüperi “Balaca şahzadə” – (Qızılgül), Z.Zeynalov “Maska”-(Dairə), Bəxtiyar Xanızadə “Kölgə” – (Tələbə), A.Məmmədov “Korlar” – (Kor) tamaşalarında, R.Həsənoğlu “Böylik dərisi” – (Məzhəkəçi) televiziya tamaşasında, R.Həsənoğlu “Hüseyn Cavid” – (Gənc şair) filmində, İzzət Əzizov “Qaz” – (Dəli) bədii televiziya tamaşalarında oynamışdır. E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. “Azərbaycan mədəniyyət günləri”), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. “Qızıl maska” Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000. I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. “Dostluq” teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002. Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. “Kiyev – Travnevi” 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan 30 may-6 iyun 2005. “Nouruz” Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006. 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. “Zınqırovlu pişik” tamaşasında (uzunquyruq siçan) oynayır.

Abdullayev Əvəz Baxşəli oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. «Riqoletto» Riqoletto «Aida» Amonasro «Traviata» Jermon «Trubadur» Qraf De Luna «Sevilya bərbəri» Fiqaro «Toska» Skarpia, Anjelotti «Boqema » Marsel «Madam Baterflay» Şarpless “İntizar” Əmir 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur. 2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Abdullayev Mətləb
( Akademik Milli Dram Teatr )

Mətləb Fətəli oğlu Abdullayev avqust ayının 2-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Qaraxan («Ana intiqamı» V.Babanlı), Carçı («Kral Lir» V.Şekspir), Hüseynqulu xan («Hökmdar və qızı» İ.Əfəndiyev), Şəhər əhli («Ah, Paris… Paris!..» Elçin), Topal («Fərhad və Şirin» S.Vurğun), Şahzadə Tiqran («Pompeyin Qafqaza yürüşü» N.Həsənzadə), Can («Sokratı anma gecəsi» Ç.Aytmatov), 4-cü ərizəçi («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Qurban («Aydın» C.Cabbarlı), Əbdürrəhman («Ədirnə fəthi» C.Cabbarlı), Səfi bəy («Eşq intiqam» S.S.Axundov), Halaypozan («Hələ sevirəm deməmişdilər» R. Novruz), Rozenkrants («Hamlet»V.Şekspir), 1-ci cangüdən («Varlı qadın» Ə Əmirli), Həbib bəy («Dirilən adam» Mir Cəlal), Möhnət («Xurşidbanu Natəvan» İ.Əfəndiyev), Nağı («Ölüləri qəbristanlıqda basdırın» İ.Şıxlı), Həbib bəy («Dirilən adam» Mir Cəlal), Elmi işçi («İkinci səs» B.Vahabzadə). Rza bəy («Sərgüzəşti-vəziri-xani-Lənkəran» M.F.Axundzadə), Ferdinand («Kabuslar» E.de Filippo), Şah («Məlikməmməd» nağıl tamaşa). Aktyor «Yurd yeri» (Ordu əsgəri), «Sağ ol!» (Satıcı), «Qırmızı qar» (Suren), «Müraviyyə vəkilləri» (Neydər ağa) tele-tamaşalarında oynayıb və «Cavad xan» (Məhəmməd xan), «Vəkilin qayıdışı» (I cangüdən), «Biz qayıdacağıq» (Milyonçu) filmlərinə çəkilib.

Allahverdiyeva Cəmilə Telman qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabr 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 33 saylı orta məktəbi 1995-ci ildə bitirib, bir il sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur. O, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında (Dürat), Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında (Fitnə Cadu, Hamhamə, Çilli), Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında (Göyçək Fatma), Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında (Nənə, Ana), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Bahar), Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında (Mərcan), Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında (Hadı), Lalə Haqverdiyevanın «Qız qalası» tamaşasında (Dilbər), Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında (Misket balığı), Rəhman Əlizadənin «Fantaziya»( Zibeydə), «Tülkünün uçuşu» tamaşasında (Hacıleylək), Federika Qarsia Lorkanın «İlbisin mahnısı» tamaşasında (İlbis) rollarını ifa edib. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Mürafiə vəkilləri» (M.F.Axundov. Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev. Fəridə, «Dünyanın axırı» (R.Əlizadə. III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq. Hacıleylək, «Sara xatun» (N.Saraclı. Xanbikə, «Su Pərisi» (F.Mustafa. Su Pərisi). 2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. Hal-hazırda «Şahzadə Turandot» (K.Qotsi) tamaşasında (Şahzadə Turandot) rol üzərində işləyir.

Amanova Almaz
( Akademik Milli Dram Teatr )

Almaz Hüseyn qızı Amanova noyabr ayının 29-da Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə 1987-ci ildən Sumqayıt Dövlət Dram Teatrında başlayıb və bu teatrinda silsilə rollar oynayıb. Nəzifə («Uca dağ başında» V.Səmədoğlu), Bonka («Dörd əkiz» P.Pançev), Pişik («Öz xoşuna yaşayan pişik» R.Kiplinq), Ayatın anası («Dəyirman» M.Süleymanlı), Sonka («Diribaş adamlar» V.Şukşin), Mələk («Müvəqqəti ər» R.N.Güntəkin), Arinina («Uşağa bir «3» yazın» A.İvaşenko), Mehran («Qınamayın məni» Ş.Arif), Gülnarə müəllimə («Dərs» R.Səməndər), Saimət («Varlı ev» G.Xuqayev), Gülçöhrə («Arşın mal alan» Ü.Hacıbəyov), Həlimə («Yanmış evin nağılı» A.Həsənoğlu), Şərəfnisə («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə), İkinçi aktyor («Portret cizgiləri» S.Rüstəmxanlı), Saimət («Varlı ev» G.Xuqayev), Gülçöhrə («Arşın mal alan» H.Hacıbəyov), Şərəfnisə («Müsyö Jordan və dərviş Məstəlişah» M.F. Axundzadə), Ceyran xanım («Xacə şah» J.Kevr), Bahar («Kimdir müqəssir?» Ə.Haqverdiyev), Nisə xanım («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Sevinc («Krallar» A.Babayev), Qəndab («Subaylarınızdan görəsiniz» İ.Məlikzadə). Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır: İkinci qız («Sokratı anma gecəsi» Ç.Aytmatov), Şiranə və Çiçək («Burla Xatun» N.Xəzri), Zulya («Bu dünyanın adamları» Hidayət), Rəqqasə («Aydın» C.Cabbarlı), Şəmsə («Ədirnə Fəthi» C.Cabbarlı), Zulya («Bu dünyanın adamları» Hidayət), Siyan Şi («Özümüzü kəsən qılınc» B.Vahabzadə), Arikiya («Fedra» J.Rasin), Fizzə («Dirilən adam» Mir Cəlal), Müxalifətçi qız («Hərənin öz payı» H.Qoca), Brüsselli qadın («Brüsseldən məktublar» H.Həsənov), Səltənət bəyim («Hökmdar və qızı» İ.Əfəndiyev), Güləndam («Ölüləri qəbristanlıqda basdırın» İ.Şıxlı), Həyat («İkinci səs» B.Vahabzadə), Gövhər («Füzuli və Əsmər» M.M.Seyidzadə), Fizzə («Dirilən adam» Mir Cəlal), Nəzakət («Boy çiçəyi» İ.Əfəndiyev). Aktrisa «Sürəyya» (Gülçöhrə), «Hücum» (Hamilə qadın), «Mənim ağ şəhərim» (Nərgiz), «Ağ dünya» (Ana), «İtmiş pay» – İran (İradə), «Silah» – Mosfilm (Kənd qadını ), «Ünvansız qız» (Gülnarə), «M.F.Axundov» (Fətəlinin analığı), «Sirr» (Suğra xala), «Qaçaq Süleyman» (Süleymanın həyat yoldaşı), «Bəsdir, ağlama!» (Əsir qadın), «Əlavə təsir» (Xatirə), «Tacirlər» – İran (Nərgiz), «Döngələr» (Sənəm), «Qaranlıqlar çiçəyi» – Türkiyə (Səriyyə) teleseriallara, bədii və televiziya filmlərinə çəkilib.

Mətanət Atakişiyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

M.Atakişiyeva 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində oynadığı rollar bunlardır. Qaraçı (“İblis” H.Cavid), Kəniz (“Atabəylər” N.Həsənzadə), Dayə (“Sehrli alma” Y.Lada), Qəmər (“Nişanlı qız” S.Rəhman), 2-ci qız (“Od gəlini” C.Cabbarlı), Gülər xanım (“Ah, Paris…Paris!..” Elçin), Gülnar (“Vaqif” S.Vurğun), Gönçəqız (“Torpağa sancılan qılınc” N.Xəzri), Səhər (“Şeyx Xiyabani” İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı (“Məlik Məmməd” nağıl-tamaşa), Qaratel (“Mənsiz dünya” N.Xəzri), Xumar (“Yalan” S.Rəhman), Kleya (“Məhəbbət və azadlıq” G.Fiqeryedu), Fitnə (“Fərhad və Şirin” S.Vurğun), Mələk (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Qısırca yengə (“Burla Xatun” N.Xəzri), Səkinə (“Bu dünyanın adamları” Hidayət), Havalı qadın (“Ulduz yaxud Ədirnə fəthi” C.Cabbarlı), Qaraqoyunlu bibi (“Ağqoyunlular və qaraqoyunlular” Ə.Əmirli), Tubu xanım Axundova (“Brüsseldən məktublar” H.Həsənov), Xanım Həsənzadə (“Qatil” Elçin), Sərvinaz bəyim (“Ölüləri qəbiristanlıqda basdırın” İ.Şıxlı), Tasiya (“Kaş araba aşmayaydı” O.İoseliani), Fərqanə (“Xəcalət” H.Mirələmov), Anaxanım (“Eloğlu” A.Şaiq),Sara Bernard(“Şekspir,Elçin) kimi obrazlar tamaşaçı rəğbətini qazanmışdır. Aktrisa “İnanmırsansa” (Arzu), “Ordan-burdan” (Rəna), “Dəvətnamə” (Firuzə), “Yunus İmrə” (Fatma) teletamaşalarında və “Azərbaycanfilm”in istehsal etdiyi “Gümüşgöl əfsanəsi” (Nərgiz), Almaniyanın istehsalı olan “Məhəbbət və susuzluq” filmində Lüsi rolunda çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Babayeva İnarə Əhməd qızı
( Azərbaycan Opera və Balet Teatrı )

İnarə Babaeva 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2003-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almiş və Akademiyanı magistratura pilləsi üzrə opera-konsert müğənnisi ixtisası üzrə bitirmişdir. Opera soisti üçun vacib olan güclu səs tembri ilə yanaşı, həm də gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları yüksək professionallıqla ifa edir: “O olmasın bu olsun” Gülnaz “Arşin mal alan” Gülçöhrə “İntizar” Humay “Zoluşka” Zoluşka “Cırtdan” Cırtdan “Sevilya bərbəri” Rozina “Riqoletto” Cilda “Traviata” Violetta “Boqema” Müzetta “Karmen” Mikaela Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer (1994); Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer (2000); “Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı (2002); Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı (2006); Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildə Yaponiyada, 2009-cu ildə isə Gürcüstanda keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İ.Babayeva Mədəniyyət və İncəsənət Universiteti vokal fakültəsinin müəllimidir. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. İ.Babaeva 2005-ci ildə Yaponiyada, 2009-cu ildə isə Gürcustanda keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İ.Babaeva Mədəniyyət və İncəsənət Universiteti vokal fakültəsinin müəllimidir. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Babayev Rauf Qafar oğlu
( Azərbaycan Dövlət Musiqili Komediya Teatrı)

Babayev Rauf Qafar oğlu 1983- cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə 167 saylı orta məktəbdə, 2000-2004 -cü illərdə Azərbaycan Texniki Universitetində təhsil almışdır. 2004-2006 -cı illərdə həmin Universitetin magistr dərəcəsinə yiyələnmişdir. 2009-cu ildən Bakı Musiqi Akademiyasının tələbəsidir. 2008-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor-artisti, artist vokalist (solist) vəzifələrində çalışmış, 2010-cu ilin oktyabrından teatrda dram artisti vəzifəsində çalışır.

Bağırov Nizami İsrafil oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Nizami Bağırov 1951-ci ildə Samux rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1972-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında çalışır. N.Bağırov iki dəfə vokalçıların Zaqafqaziya müsabiqəsində iştirak etmiş, müsabiqənin diplomçusu və qalibi adına layiq görülmüşdür. Teatrda çalışdığı illər ərzində onun yaratdiği obrazlar- “Leyli və Məcnun”da Nofəl, “Aşıq Qərib”də Şahvələd, “Şah İsmayıl”da İbn Tahir, “Vaqif”də Eldar, İbrahim xan, “Karmen”də Dankayro, “Traviata”da Baron, “Çio-Çio-San”da Bronza, “Sevilya bərbəri”ndə Fiorello və s. 2009-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Bayramova Aygün Əliqulu qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Аygün Bayramova 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1989-cu ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu,1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1989-cu ildən 2002-ci ilə kimi Muğam Teatrının solisti olmuşdur. Gözəl səs tembrinə, oxu mədənyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2002-ci ildən Azərbaycan Dövlət Opera va Balet Teatrının solistidir. Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” da Leyli obrazını yüksək professionallıqla ifa edir. A.Bayramova bir çox xarici ölkələrdə- Kanada, Almaniya, İngiltərə, Norveç, Koreya, Türkiyə, Suriya, İsveç, ABŞ, Hollandiya və s. milli musiqi sənətimizi ləyaqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artist fəxri adlarına layiq görulmüşdür. Prezident mükafatçısıdır. Pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecinin müəllimidir.

Bayramov Təyyar Allahverdi oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Naxçivan Özəl Universitetini və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. 2006-cı ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solistidir. Konsert fəaliyyəti ilə də məşğul olur. 2006-cı ildə Ü.Hacibəylinin 120 illik yubileyi münasibətilə keçirilən Respublika muğam müsabiqəsinin qalibi və 2009-cu ildə Bakıda keçirilən Beynəxalq muğam müsabiqəsinin Qran-Pri mükafatçısı olmuşdur. “Leyli və Məcnun” operasında İbn-Səlam rolunu və “Şah İsmayıl” operasında Şah İsmayıl partiyasını ifa edib. Meksika, Kuba, Koreya, ABŞ, Fransa, İran, Türkiyə, BƏƏ, Rusiyada qastrol səfərlərində olmuşdur. 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Afaq Bəşirqızı
( Azərbaycan Dövlət Musiqili Komediya Teatrı)

Afaq Bəşir qızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var. Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Artıq, əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun “Bəxt üzüyü” tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. Eyni adlı filmin xalq tərəfindən sevilməsində də Afaq xanımın xidməti böyükdür. 1989-cu ildə Afaq Bəşir qızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o “Subaylarınızdan görəsiniz” əsərində – Səməni, “O olmasın, bu olsun”da – Sənəm, “Bankir adaxlı” tamaşasında – Nisə, “Məhəbbət oyunu” tamaşasında – Səltənət, “İtgin ər”də -Məleykə, “Məsmə xala dayımdır”da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur. «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Bəxt üzüyü», «Girov» filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur. Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı («Yaşıl eynəkli adam»), Suğra («Bala bəla sözündəndir»), Darçınbəyim («Evləri köndələn yar»), Ayka («Yarımştat»), Gülya («Nekroloq») rolları aktrisanı daha da məşhurlaşdırmışdır. Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, 7 ildir ki, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. • Aktyor Bəşir Səfəroğlunun qızıdır.

Tamilla Faiq qızı Bunyatova
( Azərbaycan Dövlət Kukla Teatrı )

Tamilla Faiq qızı Bunyatova 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Beş il müxtəlif sahələrdə işləyib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsində təhsil alıb. Tamilla Faiq qızı Bunyatova 1 dekabr 1976-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Teatrda debütü «Cırtdan» tamaşasında Arıq roludur. 1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin «Pəri cadu» tamaşasında oynadığı Hafizə obrazı «Ən yaxşı qadın rolu» mükafatı ilə təltiflənib. 1995-ci ildən aparıcı səhnə ustasıdır. Aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Teatrda qoyulan tamaşalarda əksər baş rolların ifaçısıdır. Yaratdığı səhnə obrazları arasında S. Dağlının «Uşağı necə əyləndirməli?» tamaşasında Qurbağa, F.Məmmədovun «Ac qulağım, dinc qulağım» tamaşasında Tülkü, E.Quliyev və A.Əbilov «Dədə Qorqud» tamaşasında Şir, Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında Şah qadın, E.Xovartın «Mehriban dostlar» tamaşasında «Helli», Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında Tülkü, Aygün Ələddin qızının «Ələkbər əmi divin qəsrində» tamaşasında Tülkü, Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında Dadaş, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Donna, Dürat, Xanımana Əlibəylinin «Gözəllər gözəli» tamaşasında Heyva, «Cunquş» tamaşasında Aytən, «Ləpələrin nağılı» tamaşasında Qağa, Eyvind Şayyenin «Od oğlan» tamaşasında Div xala, Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında Dadaş, Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında Nağılçı, Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında Şərəbanu, Rəhman Əlizadənin «Bilqamıs əfsanəsi» tamaşasında Qumral, «Tıq-tıq xanım» tamaşasında Tıq-tıq xanım, Nabat, «Dəli Domrul» tamaşasında Ana, «Damdabaca» tamaşasında Ögey ana, «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında Mələş xatun, Həsənağa Hüseynovun «Saz əhvalatı» tamaşasında Tülkü, «Ulamaqdan mələməyə» tamaşasında Növrəstə, Namiq Ağayevin «Bakı həyətinin rekviyemi» tamaşasında Diktor qız, Abdulla Şaiqin «Üç nağıl» tamaşasında Tıq-tıq, Leylək, Qarğa, «Ovçu məstan» tamaşasında Nazxanım, Sarı pişik, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Məngülüm, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Cırtdan, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Fatma, Lalə Haqverdiyevanın «Qız qalası» tamaşasında Qarğa qarı, Nicat Kazımovun «Ələddin» tamaşasında Vəzir, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Böyük qardaş, Qız, Təlxək, Simurq quşu, Qrim qardaşlarının «Bremen musiqiçiləri» tamaşasında Şahzadə qız, Pişik, Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında Bənövşə, rus bölməsi üçün Ələkbər Hüseynovun «Xoşbəxtlik quşu» tamaşasında Hamamçı, Murad, Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında Oruc, Əsgər, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında Şah, Cani Rodarinin «Çippolino» tamaşasında Kartof, Limon, Albalı, Armud, Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında Tartaliya, Trufaldino rolları daha bitgin və yaddaqalandır.

Cəbrayılov Elşən
( Akademik Milli Dram Teatr )

Cəbrayılov Elşən Şahin oğlu iyul ayının 12-də Bakı şəhərində anadan olub.1998-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra aktyor vəzifəsində işləyib. II-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin «Qisas qiyamətə qalmaz» tamaşasında Nurlan, III kursda isə Elşən Cəbrayılov S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyə rolunu ifa edib. 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. Eyni zamanda bu illər ərzində Bakı Dövlət Sirkində aparıcı (manej inspektoru) vəzifəsində çalışıb. O, teatrda aşağıdakı rolları oynayıb: Şiruyə («Fərhad və Şirin» S.Vurğun), 3-cü ərizəçisi («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Poçt işçisi (“Poçt şöbəsində xəyal” Elçin), İlyas («Aydın» C.Cabbarlı), 2-ci aktyor və Kapitan («Hamlet»V.Şekspir), Patrik («Brüsseldən məktublar» H.Həsənov), Vəkil («Varlı qadın» Ə.Əmirli), Fikrət («İkinci səs» B.Vahabzadə), Miribəy («Dirilən adam» Mir Cəlal), Oğlan («İnsan səsi» J.Kokto), Müsyö Jordan (“Müsyö Jordan və dərviş Məstəli şah” M.F.Axundzadə), Topuş («Arılar arsında» Elçin), Lisanoviç («Qarabağnamə» İ.Əfəndiyev), Oğul («Teleskop» Elçin), Narçın («Qanlı Nigar» S.Şendil), Kote («Xanuma» A.Saqareli). Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. Dövlət tədbirlərində yüksək aparıcılıq fəaliyyətinə görə “İntellekt”və “Qızıl Buta” mükafatlarıba layiq görülüb. 2009 ildə – Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.

Bəsti Cəfərova
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. Bəsti Əli qızı Cəfərova 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin “Quşu uçan budaqlar” psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində “Mən Dədə Qorqud…” (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin “Təskinlik verməyi unutmayın” (“Kiçik şəhzadə”, Qızılgül, Göl çiçəyi, və Fanarçı), “Yuğ” Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba” əsəri əsasında səhnələşdirildiyi “Salam” (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət (“Quşu uçan budaqlar”, Ə.Əylisli), Nazlı (“Əliqulu evlənir”), Bənövşə (“Nişanlı qız” S. Rəhman), Qadın (“Sizi deyib gəlmişəm…”, Anar), Əsmər (“Günah”, R.Əlizadə), Bədidə və Nigar (“Qanlı Nigar”, S.Şendil), Gülruh (“Şeyx Xiyabani”), Azadə xanım (“Dəlilər və ağıllılar”), Ağabəyim ağa (“Hökmdar və qızı”), Lalə (“Büllur sarayda”), Sürəyya (“Tənha iydə ağacı”), Xurşidbanu Natəvan (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Solmaz (“Od gəlini”,C.Cabbarlı), Martrio (“Dişi canavar”, F.Q. Lorka), Qonerilya (“Kral Lir”, V.Şekspir), Qaliyə və Adlay (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Ədilə (“Poçt şöbəsində xəyal”, Elçin), Fedra (“Fedra”, J.Rassin), Afət (“Afət”, H.Cavid), Qadın (“İnsan səsi”, J.Kokto) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Pəri (“Solğun çiçəklər”Cəfər Cabbarlı), Gülay (“Ər və arvad” Mar Bayğıyev), Alina (“Astana”, Anatoli Dudarev), Rəna (“Analar” Əzizə Cəfərzadə), Ağabəyim ağa (“Güllələnmiş heykəllər” Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında də əlvan rollarla iştirak edib. Bəsti Əli qızı Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.

Ceyhun Dadaşov
( Azərbaycan Dövlət Pantomima Teatrı)

2000-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii yaradıcılıq” fakültəsinin “teatr kollektivinin rejissoru” ixtisasına daxil olmuş və 2004-cü ildə universiteti bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuiversitetinin “rejissorluq” fakültəsinin “teatr rejissorluğu”ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur.(2000-2002) “Dostluq” klubu dram dərnəyinin bədii rəhbəri, (2002-2003) “Dostluq” klubu dram dərnəyinin Baş rejissoru vəzifələrində çalışmışdır. 06 mart 2003-cü ildən Dövlət Pantomima Teatrının aktyorudur. O, M.Musabəyov “Şəngül, Şüngül, Məngül” – (Məngül, Kupa), Ç.Aytmatov “Manqurt” – (Juanjuan döyüşçüsü), B.Xanızadə “Zibillik pərvanələri” – (Hamlet, Skripkaçı), B.Xanızadə “Eşq” – (Ulduz, Vərəq), Z.Zeynalov “Maska” -(Üçbucaq), A.Kamyu “İnsan” -(Polis, Vəkil,Ərəb), B.Xanızadə “Kölgə” -(Sərxoş), A.Məmmədov “Korlar” – (Həyat)A.Ekzüperi “Balaca şahzadə” – (qızılgül),”Bilet” (intermedia) – (I tip),Pantomim rəqslər – “Tanqo”, “Xəyal”, “Manikenlər”, Şeyx Əttar “Uçuş” – (Saliq) tamaşalarında oynamışdır. R.Həsənoğlunun “Bəylik dərsi” -(Məzhəkəçi), İ.Əzizovun “Qaz” -(Dəli) rollarında R.Həsənoğlunun “Hüseyn Cavid” bədii filmində Gənc Şair rolunda oynamışdır. C.Dadaşov Tatarstanda (Kazan 30 may-6 iyun 2005 “Nouruz” Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiatro festivalli), Rusiya (Moskva – “Bibliobraz” kitab festivalı), Misir (Qahirə 9 oktyabar – 20 oktyabr “Eksperimental” teatr festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.

Rəfael Dadaşov
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Dadaşov Rafael Məlik oğlu (04.01.1946) 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır. Teatrın səhnəsində Zaur “Ümid” (M. İbrahimbəyov), Don Juan “Bəşərin komediyası, yaxud Don Juan” (M.İbrahimov), Klavdi “Hamlet” (Uilyam Şekspir), Klavdio “Heç nədən hay küy” (Uilyam Şekspir), Bəhram “Fitnə” (Abdulla Şaiq), Vojevatov və Paratov “Cehizsiz qız” (Aleksandr Ostrovski), Rövşən “Əliqulu evlənir” (Sabit Rəhman), Müstəntiq “İstintaq” (Rüstəm İbrahimbəyov), Birinci reportyor “Səhra yuxuları” (Anar), Knyaz Xasay “Xurşidbanu Natəvan” (İlyas Əfəndiyev), Qədim “Büllur sarayda” (İlyas Əfəndiyev), Cəmil “Unuda bilmirəm” (İlyas Əfəndiyev), Fikrət və Rəşad “Kimdir haqlı?” (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli “Mirzə Şəfi” (Nəbi Xəzri), Vasif “İblis” (Hüseyn Cavid), Qiyas “Şəhərin yay günləri” (Anar), Murad “Nakam qız” (A.Şirvanzadə), Fəxrəddin “Qılınc və qələm” (Məmməd Səid Ordubadi), Camal “Nişanlı qız” (Sabit Rəhman), Həsən Soltan “Şeyx Xiyabani” (İlyas Əfəndiyev), Mayis “Sevgililərin cəhənnəmdə vüsalı” (İlyas Əfəndiyev), Ədhəm Tağıyev “Dəlilər və ağıllılar” (İlyas Əfəndiyev), Mindövlət və Aydar “Sokratı anma gecəsi”(“Eşşək dərisi üzərində məhkəmə”) (Ç.Aytmatov və M.Şahanov), Tesey “Fedra” (J.Rasin), Özdəmir “Afət” (Hüseyn Cavid), Şeyx Nəsrullah “Ölülər” (Cəlil Məmmədquluzadə), Agah Əfəndi (“Qanlı Nigar”, Sadıq Şəndil) və s. maraqlı obrazlar aratmışdır. Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın “Ötən ilin son gecəsi” (Rüstəm), K.Holdoninin “Mehmanxana sahibəsi” (Sinyor Kavaler), Aslan Qəhrəmanovun “Səni axtarıram” və “Bağışla” (Vasif müəllim), Ruhəngiz Qasımovanın “Yollar görüşəndə ” (Həmid), Hüseyn Cavidin “Topal Teymur” (Orxan), Üzeyir Hacıbəyovun “Ordan-burdan” (Həmid), İlyas Əfəndiyevin “Mənim günahım” (Sahib), İslam Səfərlinin “Göz həkimi” (Rauf), A. Rafın “İblis qadın” (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur. Aktyor “Var olun qızlar” (İsa), “Yarımçıq qalmış serenada” (Saksofonçu), “Bəxt üzüyü” (Rasim), “Mənim ağ şəhərim” (Baş mühəndis) bədii, “Qaçaq Süleyman” (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib. Rafael Dadaşov 1987-ci ildə Əməkdar Artist, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. • Aktyor Məlik Dadaşovun oğludur. • Aktyor Salman Dadaşovun qardaşı oğludur.

Ələkbərov İsmayıl Sadıq oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

İsmayıl Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının muğam bölməsinin solistidir. Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış etmiş və hazırda etməkdədir; Eyvaz (Ü.Hacıbəyli “Koroğlu”), İbn-Səlam, Zeyd, Məcnunun atası (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Zəvvar (M.Maqomayev “Şah İsmayil”), Aşıq Vəli (Z.Hacıbəyovun “Aşıq Qərib”), Əmi oğlu, Şeyx (Ş.Axundovanın “Gəlin qayası”), Sofi Osmanlı (Ü.Hacibəyli “Əsli və Kərəm”), Şeyx Alı (R.Mustafayev “Vaqif”). İ.Ələkbərov Bakının uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Əliyeva Gülüstan Həsən qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Gülüstan Əliyeva 1967-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbinin muğam sinfi – xalq artisti İslam Rzayevin sinfini bitirmiş, sonra isə muğamın sirlərini Azərbaycan Dövlət Konservatoriyasında məşhur muğam ustası, professor Arif Babayevdən öyrənmişdir. Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında 1997-ci ildən çalışır. Gözəl səhnə görkəmi və əla vokal imkanlarına malik olan G.Əliyeva teatrın səhnəsində bir-birinin ardınca çox uğurlu bir neçə obraz – “Leyli və Məcnun” da əvvəlcə Məcnunun anası, sonra isə Leyli, “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”nda Sənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Arşın mal alan”da Xala, “O olmasın, bu olsun” tamaşasinda isə Sənəm rollarını ifa etmişdir. G.Əliyeva konsert fəaliyyəti ilə də məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bəstəkar mahnılarını, muğamları böyük ustalıqla ifa edir. Hökümət səviyyəsində keçirilən tədbirlərdə də müvəffəqiyətlə çixış edir. Azərbaycan milli muğam sənətini dünyanın bir sıra ölkələrində – İran, Türkiyə, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil etmişdir. 2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Kübra Əliyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə (“Anam gəldi” Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir” G.Xuqayev), Gülnisə (“Solğun çiçəklər” C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”Y.Məmmədov), Pəri xala (“Sən nə üçün yaşayırsan”İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala (“Gözün aydın” M.Əlizadə), Balı (“Qızıl toy” R.Heydər), Gülbadam (“Sevgilimin anası” G.Xuqayev), Sənəm (“Məşədi İbad” H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri” R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya (“Dişi canavar ” F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı” İ.Əfəndiyev), Qaraqoyunlu ana (” Ağqounlular və Qaraqoyunlular” Ə.Əmirli), Firəngiz (“Ah,Paris… Paris!..” Elçin), Ana (“Eloğlu” A.Şaiq). Aktrisa “Evləri köndələn yar” (Bazarkomun arvadı), “Analar”(Zərbuta), “İtkin gəlin” (Xədicə), “Sabiqlər” (Nazirin arvadı), “Sonuncu məhəbbət” (Ümbülnisə) teletamaşalarında iştirak edib. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

Münəvvər Əliyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Münəvvər Əliyeva 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət “Yuğ” Dövlət Teatrında aktrisa işləyib. 1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan “Dindirir əsir bizi” (Fərəh), İlyas Əfəndiyev “Hökmdar və qızı” (Səltənətbəyim), Əli Əmirli “Köhnə ev” (Cana), Ramiz Novruz “Hələ “sevirəm” deməmişdilər…” (Sona), Nəriman Həsənzadə “Pompeyin Qafqaza yürüşü” (Selcan), Hüseyn Cavid “Afət” (Alagöz), İsmayıl Şıxlı “Ölüləri qəbiristanlıqda basdırın” (Həcər), O. İoseliani “Kaş araba aşmayaydı!..” (Landa), Eduardo de Filippo “Kabuslar” (Mari) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın “İblis qadın” (İblis qadın), Zəlimxan Yaqubun “Didərginlər” (Ruh), Afaq Məsudun “Cəza” (katibə), teletamaşalarında oynayıb. Münəvvər Əliyeva “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sarı gəlin” (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Ülviyyə Əliyeva
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Əliyeva Ülviyyə Fərhad qızı – 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C.Məmmədquluzadə “Ölülər”də Nazlı, B.Vahabzadə “Atamın kitabı”nda Şəvkət bacı, Ə.Əmirli “Xoşbəxt gün”də Yeganə, Qabil “Şübhəli əhvalat”da katibə, Ə.Əmirli “20 il sonra”da Ofelya, Anar “Səhra yuxuları”nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov “Hərənin öz ulduzu”nda Ceyran, S.Fərəcov “Səhnədə məhəbbət”də müğənni qız, R.Mustafayev “Volqalı canan”da İradə, R.Hacıyev “Talelər qovuşanda”da Gülər, O.Rəcəbov “Əlin cibində olsun”da Lalə, R.Əkbər “Bəydullanın möhtəşəm toyu”nda Qiyamət, R.Mustafayev “Məsmə xala dayımdır”da Aydan, V.Adıgözəlov “Adamın adamı”nda xəbərçi Xədicə, S.Fərəcov “Bir günlük siğə”də Zöhrə, R.Mirişli “Qısqanc ürəklər”də Elya kimi rolların ifaçısı olmuşdur. O, bu obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan tel eviziyasında və «Space» kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” ssenarisi əsasında “Hərənin öz payı+tayı” filmində çəkilmişdir. Subaydır.

Əliyev Rahib Seyidağa oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

12 iyul 1945-ci ildə Bakıda doğulub. 12 fevral 1970-ci ildə Azərbaycan Dövlət teatr institutunu bitirib. 23 sentyabr 1968-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Əsas rolları: 1. Cəbi – («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov) 2. Vəzir – («Sirli dəyirman», Firuz Məmmədov) 3. Aşıq – («Yolda», Hüseyn Arif) 4. Mirzə Salman – («Mahmud və Məryəm», Elçin) 5. Hərbi geyimli – («Mənim ağ göyərçinim», Tamara Vəliyeva) 6. Babaşov – («Sağlıq olsun», İsi Məlikzadə) 7. Tülkü – («Cücələrim», Tofik Mütəllimov) 8. Baba – («Açıl, bənövşəm açıl», İskəndər Coşğun) 9. Dünyagörmüş – («Qarışqa şıllaq atdı», Qılman İlkin) 10. İsmayıl – («Olmuş əhvalat», Aqşin Babayev) 11. Molla Əsədulla – («Ağ dəvə», Elçin) 12. Molla Xudaverdi, Kərəməli – («Hacı Qara», Mirzə Fətəli Axundov) 13. Bəkir Eniştə – («Mustafa», Orxan Asena) 14. Fərəcov – («Sən həmişə mənimləsən» İlyas Əfəndiyev) 15. Aramis Aşotoviç – («Yaddaş ağrısı» Hüseynbala Mirələmov) 16. Vəzir – («Molla Nəsrəddin və Əmir Teymurun filləri», Əjdər ol) 17. Ancelo – («Səhvlər komediyası», Vilyam Şekspir) 18. Rəhim – («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev) 19. Qoca – («Məhəbbət bir bəladır», Əhməd Orucoğlu) 20. Şeyx Əbuzər – («Şeyx Sənan» H.Cavid)

Əliyev Sabir Məhərrəm oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitunda təhsil almışdır. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət akademik Opera va Balet Teatrına dəvət edilmiş və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar – “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaratmış və yaratmaqdadır. S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Əkbər Əlizadə
( Azərbaycan Dövlət Musiqili Komediya Teatrı)

Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatr və kino fakültəsinin aktyor ixtisasına yiyələnmişdir. 2000-ci lidə həmin universitetin magistratura şöbəsinin teatrşünaslıq ixtisasını bitirmişdir. 2000-2001-ci illərdə Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 1994-cü ildən Universitetin I Kursundan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İşlədiyi müddət ərzində R.Mustafayev, C.Məmmədov “Məsmə xala dayımdır”da Elgün, İ.Kalman “Tsıqan premyer”də Muştard, F.Leqar “Vesyolaya vdova”da Sen De Brioş, Q.Qarayev “Neistovıy Qaskonets”də Qasqoniyalı, Ü.Hacıbəyov “O olmasın, bu olsun”da İntiliget Həsən, S.Fərəcov, R.N.Güntəkin “Bir günlük siğə”də Xəlil, E.Sabioğlu, T.Vəliyeva “Bankir adaxlı”da Balakişi, V.Adıgözəlov, Anar “Aldın payını, çağır dayını”da Tərgəldi, O.Rəcəbov, A.Babayev “Əlin cibində olsun”da Xankişi, R.Əkbər. “Bəydullanın möhtəşəm toyu”nda tamada, C.Quliyev, Ə.Əmirli “İtgin ər”də Zəkə, R.Mirişli,M.Haqverdiyev, “Qısqanc ürəklər”də Əjdər, F.Sücəddinov,T.Vəliyeva,”Mən dəyərəm min cavana”da Rza obrazları ilə yanaşı, 1997-ci ildə Akademik Milli Dram Teatrında S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu oynamışdır. 1994-2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalişıb. 1995-ci ildən Dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə Space kanalında “Meloman” verilişinin, 2006-2007-ci illərdə Azəristar müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən “Planet parni iz Baku” KVN teatrının aktyoru, həm də aparıcısıdır. 2008-ci ildə Xəzər kanalında “Gülüş ulduzu” müsabiqəsinin və “komediya səhnəsi” verilişinin aparıcısı olub. 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2011-ci il yanvar ayından “Space” MTRŞ-nin “Hər səhər” proqramının aparıcısıdır. Eyni zamanda “Xəzər” televiziyasinin istehsal etdiyi “Qaynana” teleserialinda çəkilir. Evlidir. 2 övladı var.

Enami Həsən Əli Abbas oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Həsən Enami 1967-ci ildə İran Respublikasının Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. 1996-cı ildə, hələ Akademiyanın tələbəsi ikən ümidverən və istedadlı bir vokalçı kimi Opera və Balet Teatrına solist vazifəsinə qəbul edilmişdir. Həsən Enami hazırda teatrın repertuarında olan bir sıra tamaşalarda tenor səs tembiri üçün nəzərdə tutulmuş partiyaları ifa edir: “Vaqif” – Vaqif “Sevil” – Balaş “Şah İsmayıl” – Vəzir “Koroğlu” – Koroğlu “Traviata” – Alfred,Qaston “Payatsı” – Arlekin “Boqema” – Rudolf “Natəvan” – Xasay xan H. Enami bir sıra beynəlxalq müsabiqələrin iştirakçısı və mükafatçısıdır. 1997-ci ildə Vokalçıların respublika üzrə müsabiqəsində birinci yerin sahibi olmuş, elə həmin ilin dekabrında Bülbül adına 1-ci beynəlxalq vokal müsabiqəsində 2-ci yer mükafatçısı və ən yaxşı tenor adına, 1998-ci ildə isə P.İ.Çaykovski adina beynəlxalq müsabiqənin diplomuna layyiq görülmüşdür. Dövlət səviyyəsində keçirilən bir çox yubiley və rəsmi mərasimlərdə uğurla çıxış edir. Azərbaycan vokal sənətini Almaniya, Fransa, Rusiya, BƏƏ, Ukrayna, Finlandiya, Türkiyə, Boliviyada təmsil etmişdir. Həsən Enami opera müğənnisi olmaqla yanaşı, Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə solist kimi uğurla çıxış edir. 2002-ci ildə Azərbaycanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Əsgərov Əli Rəhim oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əli Əskərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirmişdir. 1990-cı ildən teatrın solistidir. “Aida” – Misir şahı “Karmen” – Suniqa “Sevilya bərbəri” – Bazilio “Traviata” – Markiz Dobini “Toska” – Məhbus “Riqoletto” – Sparafuçilli “Boqema” – Alsindor “Koroğlu” – İbrahim xan “Vaqif” – Vəzir “Şah İsmayil” – Qoca ərəb və s. tamaşalarda cıxış edir. Əli Əskərov bir cox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak etmişdir. 1997-ci ildə Vokalçılarin Bülbül adına 1-ci beynəlxalq müsabiqəsinin “Qran Pri” mükafatçısı olmuşdur. 1998-ci ildə F.Şalyapin adına 17-ci Beynəlxalq Opera Festivalında (Kazan), 2000-ci ildə Berlioz Festivalında (Fransa), elə hamin ildə Samarada keçirilən Opera İfaçıları Beynəlxalq Festivalında, 2001-ci ildə keçirilən “21-ci əsrin basları” Beynəlxalq Opera Festivalında və Çeboksaridə SSRİ xalq artisti M.D.Mixaylova həsr edilmiş 11-ci Beynəlxalq Opera Festivalında ugurla çıxış etmişdir. O, Azərbaycanın vokal sənətini həmçinin – Fransa, Almanya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə həmişə yüksək səviyyədə təmsil etmişdir. Respublikamızda keçirilən dövlət və yubiley tədbirlərinin iştirakçısı olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Fətullayev Aslan Miri oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )
Fətullayev Aslan Miri oğlu 20 oktyabr 1956-cı ildə anadan olmuşdur. A.Fətullayev 1974-76-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun, 1976-82-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültələrində təhsil almışdır. 1975-78-ci illərdə A.Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində əsas aparıcı aktyor kimi çıxış etmişdir. 1975-ci ildə “Canlı şahid” televiziya tamaşasındakı Şani obrazı ilə 19 yaşında ikən televiziyanın qızıl fonduna düşmüşdür. 1981-ci ildə “Cənnətin qəbzi” tamaşasındakı cənnətdə qəbzyığan obrazı ilə qızıl fonda düşmüşdür. Televiziyanın “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi populyar verilişlərdə yaddaqalan obrazlar yaratmışdır. A.Fətullayev “Oğlan və maral” filmində( fotoreportyor), “Mikrorayonda cin” də (kiçik cin) , “Papaq”da (papaqçının dostu), “Qorxma mən səninləyəm”də (İvan Spirodonoviç), “Qətl günü”ndə (zindanban), “Mozalan”ın çəkdiyi “Kapitan” satirik kinojurnalında (basketbol komandasının kapitanı) obrazlar yaratmış, “Ağ gəmi”, “Stepanın yadigarı”, “Baş tutmayan ezamiyyət” və s. filmləri dublyaj etmişdir. 1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışır. İlk dəfə Azərbaycan dilində “Yuxu” rok qrupu yaratmış, 1990-cı ildə kollektiv Avropanın ən güclü kollektivi adına layıq görülmüşdür. Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olmuş, hərbi hissələrə mədəni hamilik xidmətlərinə görə SSRİ Müdafiə Nazirliyinin xüsusi döş nişanı ilə təltif olunmuş, fəxri fərmanlar və pul mükafatları ilə mükafatlandırılmışdır. Respublikamızın incəsənətini Türkiyədə, Kiprdə, Rusiyada və s. dövlətlərdə təbliğ etmiş, qastrol səfərlərində olmuşdur. 2003-cü ildən Azərbaycan Akademik Milli Teatrının aktyoru kimi fəaliyyət göstərir. “Anacan”da (Qulu), “Təxribatçılar”da (polis generalı), “Mən sənin dayınam”da (dramaturq), “Varlı qadın” da (Pəhləvan Zərlinski), “Mesenat”da (H.Tağıyevin xidmətçisi) və s. teatr tamaşalarındakı yaratdığı obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələridir. Azərbaycan televiziyasının “Ordan – burdan”, “Məzəli əhvalatlar”, “Bir bazar günü” kimi verilişlərdə yaddaqalan obrazlar yaratmışdır. 2008-ci ildən Abdulla Şaiq adina Azərbaycan Dövlət Kukla Teatrında çalışır.

Hacıyeva Fidan Hacı Ağa qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Fidan Hacıyeva 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına Bakı Musiqi məktəbinin fortepiano sinfini və Bakı Musiqi Akademiyasının vokal fakültəsinin bitirmişdir. Azərbaycanın əməkdar aristi, professor Hüseyn Əliyevin yetirməsidir. 1996-cı ildən Opera və Balet Teatrının solistidir. Milli və klassik opera tamaşalarında aparici partiyaları ifa edir: “Sevil” – Gülüş “Arşın mal alan” – Asya “Koroğlu” – Xanəndə qız “Karmen” – Karmen “Sevilya bərbəri” – Rozina “Aida” – Amneris “Trubadur” – Azuçena Kipr, Türkiyə, Rusiya, Yaponiya və İtaliyada qastrol səfərlərində olmuşdur. 2002-ci ildə İtaliyanın Kidjiana Musiqi Akademiyasında ixtisasartırma kursu keçmiş və Akademiyanın xüsusi diplomuna layiq görülmüşdür. 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq gorülmüşdür.

Svetlana Həkimova
( Sumqayıt Dövlət Musiqili Dram Teatrı)

S.Həkimova 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S.Vurğunun “Fərhad və Şirin” əsərindəki Şirin obrazı Ümumittifaq festivalında “Qızıl medal”a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S.Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. 1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda (“Bəli dünya dəyişib”) rolu ilə qədəm basan S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş (“Sevil”, C.Cabbarlı), Gülcahan (“Kəndimizin javanları”, Ə.İlham), Fez (“Qəribə missis Səvic”, Con Patrik), Gülcamal (“Müsibəti Fəxrəddin”, N.B.Vəzirov), Naza (“Duel”, M.Bayciyev), Hakimin qızı (“Demoklisin qılıncı”, N.Hikmət), Nami (“Qəribə marka”, Holfred), Şıltaq qız (“Paralelin nəbzi”, R.Heydər), Tahir (“İnam”, F.Məmmədov) və s. göstərmək olar. CCabbarlının “Solğun çiçəklər” əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyacanla yaradıb. 1992-ci ildən Sumqayıt teatrında çalışan S.Həkimova A.Həsənoğlunun “Yanmış evin nağılı” faciəsində nənə, F.Məmmədovun “Anasının gül balası” əsərində Gülbala, Ə.M.Lələdağın “Qorxaq” pyesində Qaçqın nənə, O.Kolçinskayanın “Tramvayı kim oğurlayıb” pyesində Köstəbək, F.Məhərrəmovun “Cinbalalar” əsərində Gülcahan nənə, Y.Həşimovun “Həkimlər nobata gedir” komediyasında Səkinə xala, T.Vəliyevanın “Mənim ağ göyərçinim” pyesində Münəvvər, G.Xuqayevin “Bir köpək vardı”, “Ailə” ibrətamiz pyeslərində Dovşan və Tamara, A.Şaiqin “Qaraca qız” əsərində Yusifin anası və bir çox uzunömürlü obrazlar yaratmışdır. S.Həkimova 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə S.Həkimova Respublika Prezidentinin mükafatına layiq görülmüşdür.

Həsənova İradə
( Akademik Milli Dram Teatr )

İradə Aslan qızı Həsənova mart ayının 8-də Gəncə şəhərində doğulub. O, 1977-ci ildə Azərbaycan Dövlət İnəsənət İnstitutunun dram və kino aktyoru fakultəsini bitirmişdir. Elə həmin ildən Sumqayıt Dövlət Dram Teatrında çalışmış və aşağıdakı rolları ifa etmişdir: Almaz (“Almaz” C.Cabbarlı), Səriyyə (“Vəfalı Səriyyə” C.Cabbarlı), At Balaxanım (“Adamın adamı” Anar), Karine (“Parisli kürəkən” A.Papayan), Zərifə (“Elbrus evlənir” G.Xuqayev), Məryəm (“Xor-Xor” S.M.Qənizadə), Zərifə (“Yaxşı adam” M.İbrahimov), Aytən (“Bayramın birinci günü” N.Hikmət), Məleykə (“İlahi komediya” İ. Ştok), Anjelina (“Sərbəst mövzu” A.Çxayıdze), Nelli (“Uca dağ başında” V.Səmədoğlu), Kəmalə (“Bir cüt bədmüşk ağacı” Ə.Əylisli), Klava (“Poladəridənlər” G.Bokarev), Gəlin (“Dəyirman” M.Süleymanlı), Zərifə (“Əsrə bərabər gün” Ç.Aytmatov), Aparıcı (“Qoy bütün şərq bilsin” N.Həsənzadə), İlçay (“Afət” H.Cavid), Sevil Qazıyeva (“Mənim arxalandığım” N.Xəzri), Gülnaz (“Tamahkar” S.S.Axundov), Stella (“İstək tramvayı” T.Ulyams), Həlimə (“Doğmalar” Ə.Əylisli), Kama (“Bağdada putyovka var” Ə.Əylisli), Xalidə Yunusova “On üçüncü sədr” A.Abdulin), Məhbus (“Məktub” İ.Karaçenko), Bonka (“Dörd əkiz ” P.Pançev), Sədəf (“Muradın kələkləri” T.Kazımov) . 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışan İradə Həsənova, müxtəlif səpgili obrazlarda çıxış etmişdir. Amelya (“Dişi canavar” Q.Lorka), Zivər (“Anamın kitabı” C.Məmmədquluzadə), Nərgiz (“Hara gedir bu dünya” B.Vahabzadə), Paulina (“Kəllə” N. Hikmət ),Zeynəb (“Ölülər” C.Məmmədquluzadə), İnci (“Ulduz, yaxud Ədirnə fəthi” C.Cabbarlı), Səadət (“Sokratın anma gecəsi” Ç.Aytmatov), X.Qoca (“Hərənin öz payı”- Falçı), Banuçiçək (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Cavahir (“Eloğlu” A.Şaiq), Luiza (“Mesenat” Ə.Əmirli), Qoqolla (“Kaş araba aşmayaydı” O.İoseliani), Əbəçə (“Uçqun” T.Cücenoğlu), Qapıçı qadın, Müqəddəs Məryəm, Yaşlı qadın və Kübar qadın («Oğru cənnətdə yaxud Vinçenso de Pretore» E.de Filippo), Makarın anası («Xanuma» A.Saqareli). Azərbaycanfilm kinostudiyasinda çəkildiyi rollar: “Kişi sözü” (Ağca) ,”Bu gözəl-gözəl dünya”(Qadın), “C.Cabbarlı” Sənədli film (Almaz), “Məxfi plan” (Afaq). Azərbaycan Dövlət Televiziyasinda çəkildiyi televiziya tamaşalari: Ş.Səfərov “Qu quşunun məhəbbəti” (Tünzalə), E.Mehrəliyev “Yurd yeri”( Professorun arvadı), N.Hikmət “Şöhrət və unudulan adam” (Qadın), R.N.Güntəkin “Dodaqdan qəlbə” (Nemət).

Anar Heybətov
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu “Mənim Ərim Dəlidir” tamaşasındakı cangüdən rolu olub. Tamaşalardakı rolları “Xurşidbanu Natəvan” tamaşasından – Daşdəmir rolunda “İmzanın hökmü” tamaşasından – Murad rolunda 1. Mənim ərim dəlidir–Cangüdən 2. Rəqabət–Qaçay 3. Hərənin öz payı–Meyxanaçı Ələkbər 4. Hələ “Sevirəm” deməmişdilər–Qumarbaz 5. Varlı qadın–Qara 6. Hamlet–Laert 7. Kaş araba aşmayaydı–Buxuti 8. Mesenat–Zeynal bəy Səlimxanov 9. Xurşidbanu Natəvan–Daşdəmir 10. İmzanın hökmü (Muradın Kələkləri) – Murad 11. Körpüdən mənzərə – Rudolfo.

Hüseynova Elmira Əmbər qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. Sənətə bağlandığı otuz doqquz il ərzində F.Məmmədovun «Tələ quran özü düşər» (Ördək balası), R.Heydərin «Göylər qonağı» (Ulduz), Ə.Məmmədovun «Cəsur uşaqlar» (I qız), N.Zamanov və M.Məmmədovun «Səfərin nağılı» (Səfər), V.Rabadanın «Zəncirlənmiş pəri» (Qarı), S.Marşalın «Bu ev kimin evidir?» (Qurbağa), H.Ziyanın «Əkiz qardaşlar» (Əkiz tayı), Anarın « Qaravəlli» (Fəridə Fəridova), T.Qarabağlının «Du, du yol verin» (Dovşan), Ü.Hacıbəyovun «Məşədi İbad» (Qızlar), R.Moskvanın «Hara qaçırsan dayça?» (Uşaq), S.Dağlının «Uşağı gecə əyləndirməli» (Meymun), F.Məmmədovun «Ac qulağum, dinc qulağım» (Təlxək), Ə.Vəliyevin «Madarın dastanı» (Şah qadın), M.Lermontovun «Aşıq Qərib» (Qız), Ç.Ələsgərov «Yabançı dostlar» (Qarğa), Namiq Ağayevin«Bakı həyətinin rekviyemi» (Anaxanım), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Qarğa), «Ulamaqdan mələməyə» (Tülkü), Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» (Xoruz), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (Fərraş), «Tıq-tıq xanım» (Yengə, Nübar), «Bilqamıs əfsanəsi» (Aysel), «Damdabaca» (Tükəz), «Dəcəl çəpişlər, belə-belə işlər» (Şəngül), Mirmehdi Seyidzadənin «Sehirli nar» (Qız), Əli Səmədlinin «Əzablı günlərin sonu» (Mimoza), «Artıq tamah baş yarar» (İsgəndər), «Meşədə konsert» (II dovşan), Əyyub Abbasovun «Keçinin qisası» (Şəngülüm), Şahmar Hüseynovun «Sehirli güzgü» (Dadaş), Xanımana Əlibəylinin «Gözəllər gözəli» (Nar), Abdulla Şaiqin «Üç nağıl» (Qarğa, Leylək), «Ovçu məstan» (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» (Xanpəri), Tofiq Kazımovun «Qoçaq Polad» (Bənövşə), Tofiq Mütəllibovun «Məşə nağılı» (Süsən), «Danışan qayalar» (Sadıq), Mirzağa Atəşin «Cırtdan» (Gombul), Nicat Kazımovun «Ələddin» (Ana), Eldar Baxışın «Məlikməmməd» (Ortancıl qardaş), Qrim qardaşlarının «Bremen musiqiçiləri» (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.

Hüseynov Rafiq Mirzəcan oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. 20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Əsas rolları: 1. Leonardo – («Sükut divarı», Paola Messina) 2. Əşrəf bəy – («Hacı Qənbər», Nəcəf Bəy Vəzirov) 3. Həcir – («Söhrab və Rüstəm», İskəndər Coşğun) 4. Mələmiş müəllim – («Mənim nəğməkar bibim», Əkrəm Əylisli) 5. Mahmud – («Azad Çoban», Məmmədiyyə Yusifzadə) 6. Səlim – («Bir sahilin adamları», Xalidə Hasilova) 7. Dahi – («Unutmağa kimsə yox», Kamal Abdulla) 8. Qara keşiş – («Nəsrəddin», Yusif Əzimzadə) 9. Ziyad xan – («Mahmud və Məryəm», Elçin) 10. M.B.Bağırov – («Ölüm hökmü», Elçin) 11. Mkrtıç – («Hacı Qara», Mirzə Fətəli Axundov) 12. Piri Baba – («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq) 13. Salur Qazan – («Dədəm Qorqud», Əbdüləzəl Dəmirçizadə) 14. Əmir Şeyxzamanov – («Mənim ağ göyərçinim, Tamara Vəliyeva) 15. Vətən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov) 16. Zəvvarbaşı – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)

Şövqi Hüseynov
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakultəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alır. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir. İranda,Türkiyədə,Moskvada,Kiyevdə,Moldovada keçirilə beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Respublikannın əməkdar artistidir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Evlidir. Teatrda oynadığı rollar 1. Qazı (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə) 2. Skapen (“Skapenin kələyi”, Jan Batist Molyer) 3. Poprışşin (“Dəlinin qeydləri”, Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa) 4. Kin (“Edmund Kin”, Qriqori Qorin) 5. Vəzir (“Vəziri-xani-Lənkəran”, Mirzə Fətəli Axundzadə 6. Dərviş (“Müsyö Jordan və Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə) 7. Narahat adam (“Ruh”, Kamal Abdulla) 8. Raffael (“Don Raffael-trombonçu”, Peppino de Filippo) 9. Ramiz (“Şirə bənzər”, Rüstəm İbrahimbəyov) 10. Kişi (“Bir…iki…bizimki”, Kamal Abdulla) 11. Qıvrımsaç (“Sən məni atmazsan ki…”, Con Steynbek) 12. Kontrabasçı (“Kontrabas”, Patrik Züskind) (mono tamaşa) 13. Salyeri (“Mosart və Salyeri”, Aleksandr Sergeyeviç Puşkin) 14. Don Quan (“Daş qonaq”, Aleksandr Sergeyeviç Puşkin) 15. Yaqo (“Otello”, Uilyam Şekspir) 16. Motl (“Mavi yuxular”, Şolom Aleyxem) 17. Şifone (“Mizantrop”, Ejen Labiş) 18. Manıs (“İtlər”, İlqar Fəhmi və Oqtay Kazımi) 19. Feyerbax (“Mən Feyerbaxam”, Tankret Dorst) (mono tamaşa) 20. Tanrıverdi (“Hekayəti-xırsi-quldurbasan”, Mirzə Fətəli Axundzadə) 21. Kral (“Eskorial”, Mişel de Gelderode) 22. Vladimir (“Qodo həsrətində”, Semuel Bekket) 23. Lopaxin (“Albalı bağı”, Anton Pavloviç Çexov) 24. Şeyx Sənan (“Şeyx Sənan”, Hüseyn Cavid) 25. Aydın (“Aydın”, Cəfər Cabbarlı)

İbayev Səbuhi Tahir oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Səbuhi İbayev 1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi texnikumunu və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. Hələ uşaq musiqi məktəbində oxuyarkən Türkiyə, Tacikistan və Rusiyada keçirilən musiqi festivalında istirak etmişdir. S.İbayev səhnə fəaliyyətinə Muğam teatrında başlamışdır. 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışır. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun və Z.Hacıbəyovun “Aşıq Qərib” oprasında Qərib rollarını ifa edir. S.İbayev Opera və balet teatrındakı fəaliyyəti ilə yanaşı, həm də geniş konsert proqramları ilə çıxış edir, xalq mahnıları və muğamları məharətlə ifa edir. İran, Türkiyə, Rusiya, Almaniyada və başqa ölkələrdə qastrol səfərlərində olmuşdur.

Səfurə İbrahimova
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Səhnə məlahəti ilə həmişə tamaşaçıları heyran qoyan Safurə Ağabala qızı İbrahimova 1938- ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Həmin vaxtdan indiyə qədər bu kollektivdə çalışır. Xaraktercə lirik-dramatik aktrisadır. Komik personajlarda da məharətlə oynaya bilir. Səhnədə səmimiyyəti, obrazın psixoloji xarakterini həssaslıqla duyması ilə seçilir. Mənalı sifət ifadələrindən və plastik emosional hərəkətlərdən istifadə etməkdə səriştəlidir. Safurə İbrahimova səhnədə Kamalə, İnci (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər (“Alov”, Mehdi Hüseyn), Fernando (“Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara (“Vaqif”, Səməd Vurğun), Nazlı (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya (“Hamlet”, Vilyam Şekspir), Hafizə (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Karola (“Füsunkar qız”, Mlkolaş Dyarfaş), Jasmen, Vəfa (“Knyaz” və “Xəyyam”, Hüseyn Cavid), Daduno (“Darıxma, ana!”, Nodar Dumbadze), Sona (“Xanuma”, Avksenti Saqareli), Cen (“Mariya Tüdor”, Viktor Hüqo), Maral (“Sənsiz”, Şıxəli Qurbanov), Saşa (“Canlı meyit”, Lev Tolstoy), Sevil (“Sevil”, Cəfər Cabbarlı), Balaxanım (“Adamın adamı”, Anar), Mədinə, Tubu xanım (“Sevgililərin cəhənnəmdə vüsalı” və “Hökmdar və qızı”, İlyas Əfəndiyev), Durdensiya (“Dişi canavar”, Federiko Qarsia Lorka), Zəhra bəyim (“Anamın kitabı”, Cəlil Məmmədquluzadə), Mələk (“Köhnə ev”, Əli Əmirli) rollarında daha çox sənət uğurları qazanıb. Aktrisanın kino rolları arasında Telli (“Arşın mal alan”), Həbibə (“Qatır Məmməd”), Dilbər (“Sevil”), Gülpəri (“Dərviş Parisi dağıdır”), Mədinə (“Alma almaya bənzər”) obrazları daha məşhurdur. Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır. SSSR-i dövründə Novruz bayramı keçirilərkən,ilk bahar qızı məhç Səfurə İ. olub.

İbrahimov Əliəhməd Mikayıl oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əliəhməd Mikayıl oğlu İbrahimov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Xor Kapellasında çalışmışdır. Opera və Balet Teatrında 1993-cü ildən çalışır. Tenor səs tembrinə malik yüksək dərəcəli solist-vokalçıdır. Ə.İbrahimov teatrın repertuarında olan istər milli, istərsə də klassik opera tamaşalarında əsasən ikinci dərəcəli partiyaları yüksək professionallıqla ifa edir, eyni zamanda böyük ustalıqla obraz yaradır. Onun Ü.Hacıbəyovun “koroğlu” (Nadir, Vəli, Carçı, Təlxək), M.Maqomayevin “Şah İsmayıl” (Abu Həmzə), V.Adıgözəlovun “Natəvan” (Zabit, Carçı, Mirzə Fəna), S.Ələsgərovun “Solğun çiçəklər” (Əbdul), R.Mustafayevin “Vaqif” (Şaliko, Əsgər), J. Bizenin “Karmen”

İbrahimov Mənsum İsrafil oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Mənsum İbrahimov 1960-cı ildə Ağdam rayonunda anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1985-ci ildən Azərbaycan Dövlət Akadamek Opera və Balet Teatrında çalışır. Milli opera tamaşalarında ikincı dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda tamaşaların bir çoxunda aparıcı partiyaları ifa edir. “Leyli və Məcnun” operasında (Məcnun), “Aşıq Qərib”də (Qərib), “Gəlin qayası”nda (Camal), “Sevil”də (azançı), “Natəvan” operasında (xanəndə) obrazları yüksək peşəkarlıqla ifa edir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıların və muğamlarımızın gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində – İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Yunan Kipri, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveçdə ləyaqətlə təmsil etmişdir. Mənsum İbrahimov həm də pedaqoji faəliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsində böyük əmək sərf edir. Onun yetirmələri artıq respublika musabiqələrində uğurla çıxış edirlər. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

İmanova Ləman
( Akademik Milli Dram Teatr )

Ləman Fuad qızı İmanova iyul ayının 23-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissor fakültəsini bitirib. 2002-2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstərmişdi. Bakı Bələdiyyə Teatrında fəaliyyəti: Elektra ( “Elektra” Sofokl ), İradə ( “Daşa dönmüş ürəklər” X.Əlimirzəyev ), Cadə ( “Xəyanətin müsibəti” İ.Kərimov ), Arzu ( “Oğul” A.Babayev ). Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Akademik Milli Dram Teatrında aşağıdaki rolları ifa edib: Mariya (“Ağlasığmaz qətl” A.Kamyu), Dinarə (baş rol, “Başdanayağa oyun”), Qəndab (“Ölüləri qəbristanlıqda basdırın” İ.Şıxlı), Liza (“Mesenat” Ə.Əmirli), Sənəm (“İkinci səs” B.Vahabzadə), Madmuazel (“Dirilən adam” M.Paşayev), Əsmər (“Fizuli və Əsmər” M.Seyidzadə), Esmiralda (“Kvazimodo” V.Hüqo), Mələk (“Alın yazısı” T.Minnullin), Qənirə (“İrəvanda xal qalmadı” H.Orucov). 2004-cü ildə Ş.Qurbanəliyevin rejissorluğu ilə çəkilən A.Babayevin “Mükafat” televiziya tamaşasında Oyya rolunu ifa edib. “Ünvansız eşq” (Sənubər), “Gürzə” (Səma), “Mənim üçün varsan” (Həkim), “Bacanaqlar” (Vəfa) teleseriallarına çəkilib Eyni zamanda dəvətli olaraq digər teatrlarda da fəaliyyət göstərir. Bir çox dövlət tədbirlərinin aparıcısı olub. Azərbaycanın müxtəlif televiziya kanallarında bir çox reklam çarxlarına, verilişlərə çəkilmiş və aparıcısı olmuşdur.

Sənubər İskəndərli
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım (“Qətl günü” Y. Səmədoğlu), Tamara (“Dadaşbala əməliyyatı” R. Əlizadə), Leyli (“Leyli və Məcnun” M. Füzuli), Fərizə (“Şəhidlər” R. Səməndər), Bahar (“Kimdir müqəssir” Ə.Haqverdiyev), Tomris (“Yeddi məhbusə” Ə. Əmirli), Müğəni qız (“Laləli düzən” R. Əlizadə), Qonaq (“Qurbanəli bəy” C. Məmmədquluzadə) və s. rollarını oynayıb. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), İcraçı (“Şah Edip” Sofokl), Burla Xatun (“Burla xatun” N.Xəzri), Nisə xanım (“Lənkəran xanının vəziri” M.F.Axundov), Ulduz (“Ulduz, yaxud Ədirnə fəthi” C.Cabbarlı), Aysel (“Cəzasız günah” B.Vahabzadə), Gertruda (“Hamlet” V.Şekspir), Firəngiz və Fransuaza (“Brüsseldən məktublar” H.Həsənov), Sərvinaz bəyim (“Ölüləri qəbristanlıqda basdırın” İ.Şıxlı), falçı (“Mesenat” Ə.Əmirli) rollarını oynayıb. Sənubər İsgəndərova “Şöhrət və ya unudulan adam” (Qadın), “Qurbanəli bəy” (Xanım), “Yaşıl eynəkli adam” (Jalə), “Şirin çay”(Aktrisa),”Bəyaz gecələr” (Nastya), “Qu quşunun məhəbbəti” (Gülər) teletamaşalarına və “Kişi sözü” (Solmaz), “Şahid qız” (Rəna), “Fəryad” (Ana), “Təsədüfi görüş” (Tamara xanım), “Leyli və Məcnun”( Leylinin anası) filmlərinə çəkilib. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

İsmayılova Gülnaz Əmir qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomantı (1997) olmuşdur. 1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma, opera hazırlığı və fortepiano kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar “Aida” – Kahin qadın “Traviata” – Violetta “Boqema” – Müzetta “Karmen” – Fraskita “Payatsı” – Nedda “Sevil” – Sevil, Dilbər “Arşın mal alan” – Gülçöhrə və s.yaratmağa müvəffəq olmuşdur. Gülnaz İsmayılova F.Əmirovun “Min bir gecə” baletində vokal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

İsmayılova Zenfira Rüstəm qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Zenfira İsmayılova 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının vokal şöbəsini və Akademiyanın aspirinturasını bitirmişdir. Professor Elmira Quliyevanın yetirməsidir. Z.İsmayılova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında 1992-ci ildən çalışır. Teatrın repertuarına daxil olan bir sıra milli və klassik opera tamaşalarında aparıcı partiyaları ifa edir: “Sevil” – Sevil “Koroğlu” – Nigar “Arşın mal alan” – Gülçöhrə “Sah İsmayıl” – Gülzar “Traviata” – Violetta “Payatsı” – Nedda Z.İsmayılova bir neçə il Türkiyənin Antalya Opera və Balet teatrında çalışmışdır. Türkiyə və Kiprdə qastrol səfərlərində olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Hacı İsmayılov
( Azərbaycan Akademik Milli Dram Teatrı)

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil oldu. Bu teatrda M.F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyası göstərildi və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa etmişdi. Bundan sonra C. Patrikin “Qəribə missis Səvic” dramında Ceffi, A.Papayanın “Bəli, dünya dəyişib” komediyasında Səməndər, C.Cabbarlının “Sevil” pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin “Xəyyam” faciəsindəki İkinci qulam roluna daxil edilib. Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Ailəlidir, iki övladı və iki nəvəsi var. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb: • İkinci qulam və İbn Tahir (“Xəyyam”, Hüseyn Cavid), • Dördüncü qaçaq (“Mahnı dağlarda qaldı” İlyas Əfəndiyev), • Muradalı (“Xurşidbanu Natəvan” İlyas Əfəndiyev), • Fariz (“Büllur sarayda” İlyas Əfəndiyev), • Ağadadaş Nəcəfov (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), • Kişi (“Şöhrət və ya unudulan adam”, Nazim Hikmət), • Səmərqəndli (“Məhəbbət əfsanəsi”, Nazim Hikmət), • Lakey və Novruz bəy (“Aydın”, Cəfər Cabbarlı), • Məmmədəli bəy (“Sevil”, Cəfər Cabbarlı), • Sönməz (“Od gəlini”, Cəfər Cabbarlı), • Fransisko (“Fırtına”, Uilyam Şekspir), • Həkim (“Maqbet”, Uilyam Şekspir), • Qraf Kent (“Kral Lir”, Uilyam Şekspir), • Yaralı zabit (“İblis”, Hüseyn Cavid), • Mehdiqulu (“Ah, Paris… Paris!..”, Elçin), • Məsul katib (“Mənim sevimli dəlim”, Elçin), • Qonşu (“Mənim ərim dəlidir”, Elçin), • Yan Çinq (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), • İbn Zeyd (“Dar ağacı”, Bəxtiyar Vahabzadə), • Şükür bəy (“İkinci səs”, Bəxtiyar Vahabzadə), • Qoşqar Kəngərli (“Bu dünyanın adamları”, Hidayət Orucov), • Mirzə Ələkbər Sabir (“Hərənin öz payı”, Xeyrəddin Qoca), • Hacı Həsən (“Ölülər”, Cəlil Məmmədquluzadə), • Məşədi İslam (“Dirilən adam”, Mir Cəlal) • məhkəmə sədri (“Uçqun”, Tuncer Cücenoğlu). Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 19 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Aktyor “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980).

Kərimduxt Rövşən
( Akademik Milli Dram Teatr )

Rövşən Ramazan oğlu Kərimduxt oktyabr ayının 24-də Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin illdən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunmuşdur. O, teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Hüseynqulu xan (“Hökmdar və qızı “İ.Əfəndiyev), Roma əsgəri (“Pompeyin Qafqaza yürüşü” N.Həsənzadə), Oğlan (“Şıltaq Şahzadənin nağılı” nağıl-tamaşa), Gennadi (“Şadlıq sorağında” V.Rozov), Hoqqabaz (“Mənim sevimli dəlim” Elçin), Cangüdən (“Sokratı anma gecəsi” Ç.Aytmatov), Şəhər əhli (“Ah, Paris… Paris!..” Elçin), Çarçı (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Cangüdənlərin rəisi (“Mənim ərim dəlidir” Elçin), 3-cü kafir (“Burla Xatun” N.Xəzri), Rza bəy (” Lənkəran xanının vəziri” M.F.Axundzadə), Dmitri (“Ulduz, yaxud Ədirnə Fəthi” C.Cabbarlı), Skripkaçı (“Poçt şöbəsində xəyal” Elçin), Yaqitay (“Dar ağacı” B. Vahabzadə), Aram (“Hələ “Sevirəm” deməmişdilər” R. Novruz), Qildenstern (“Hamlet” V.Şekspir), Təlimçi (“Kəllə” N.Hikmət), Silvestr (“Skapenin kələkləri” J.Molyer), Əlvan (“Varlı qadın” Ə.Əmirli), Qorxmaz (“Afət” H.Cavid), Şahmar (“Xurşidbanu Natəvan” İ.Əfəndiyev), Oğlan (“Qatil” Elçin), Kərəm (“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Polis nəfəri (“Mənim sevimli dəlim” Elçin), Cavanşir (“Ölüləri qəbristanlıqda basdırın” İ.Şıxlı), Demetri (“Misir gecələri” səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov), Marko (“Körpüdən mənzərə” A.Miller), Qara Musa (“Şeyda” H.Cavid), Saday bəy (“Qarabağnamə” İ.Əfəndiyev), Don Baltasar Lopes (“Don Juan və həndəsə” M.Friş). Aktyor “Gözəl, gözəl, gözəl dünya” (Qardaş), “Bakı-Moskva qatarı” (Alı), “Bomba” (Arif), “Kişiləri qoruyun” (Dəli), “Cavad xan” (Qasım bəy), “Ölüm növbəsi” (Mürşüd), “Vəkil hanı?” (Karruzo), “Qismət” (Alı), “100000 AZN ” (Rövşən), “Tərsinə çevrilmiş dünya” (Killer), “Hökmdarın taleyi” (İran sərkərdəsi) filmlərinə və “Hörümçək toru” (Sərvər) teleserialına çəkilib.

Kərimova Qərinə Rəhim qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adina I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet Teatrının repertuarında olan bir çox milli (Nigar – “Köroğlu”, Sevil – “Sevil”) və klassik (Aida -“Aida”, Toska – “Toska”, Çio-Çio-San – “Çio-Çio-San”, Mikaella – “Karmen”) opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük Teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin “Toska” operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova bir çox xarici ölkələrdə – Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakultəsinin müəllimi vəzifəsində çalışır. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Elnur Kərimov
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Elnur Umbay oğlu Kərimov 11 sentyabr 1981-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasını (1999), ADMİU-nun dram və kino aktyorluğu fakültəsini bitirib (2003). 1999-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Müxtəlif televiziya kanallarında veriliş aparıcısı kimi fəaliyyət göstərib: “Bərəkətli olsun” (Space TV), “Düşərgə” (İctimai TV), “Səhər görüşləri” (AzTV). Evlidir.

Mansurova Səriyyə Mansur qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Səriyyə Mansur qızı Mansurova 14 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi 1993-cü ildə bitirib, musiqi məktəbində də təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Təhsil ala-ala 1994-cü ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına dram artisti vəzifəsinə qəbul olur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram kino aktyoru fakultəsini qırmızı diplomla bitirmişdir. Onun debütü Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında Gülçöhrə rolu olub. Bundan başqa o, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında (Donna), Rəhman Əlizadənin «Tıq-tıq xanım» tamaşasında (Nübar), «Maymaq» tamaşasında (Zita, Madonna, Nağılçı), «Damdabaca» tamaşasında (Qızcığaz), «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında (Şüngül), Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında (Nağılçı, Təlxək), Həsənağa Hüseynovun «Ulamaqdan mələməyə» tamaşasında (Növrəstə), «Saz əhvalatı» tamaşasında (Qarğa, Timsah), Namiq Ağayevin «Oxay və Əhməd» tamaşasında (Qız), Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında (Gülyanaq), Abdulla Şaiqin «Ovçu məstan» tamaşsında (Bəyaz qız), Aygün Ələddin qızının «Ələkbər əmi divin qəsrində» tamaşasında (Gülnur, İspan gözəli), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Həsir oğlan), rus bölməsi üçün Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında (Oruc) rollarda iştirak etmişdir. 2003-2007-ci illər ərzində teatrdakı fəaliyyətinə müvəqqəti ara verəndən sonra, 2007-ci ilin dekabr ayından yenidən teatra qayıtmış, yeni-yeni rolları ilə tamaşaçıları sevindirmişdir. Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında (Mələk), Nicat Kazımovun «Ələddin» tamaşasında (Budur), Elşar Baxışın «Məlikməmməd» tamaşasında (Qız, Quş), Hans Xristian Andersenin «Düyməcik» tamaşasında (Vərəq, Qaranquş), Şarl Perronun «Qırmızı papaq» tamaşasında (Nağılçı, Uzunqulaq, Canavar, Güllər), Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında (Cik-cik xanım), Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında (Sənəm, Xoruz), Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında (Uşaq, Siçan, Tülkü), Ron Hovardın «Quyl şəhəri va ya qış nağılı» tamaşasında (Styu, Meri), Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında (Adelma) rolları məharətlə ifa edir.

Mansurov Mansur Əbdül oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. Mansur Əbdül oğlu Mansurov 1970-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Hal-hazırda aparıcı səhnə ustasıdır. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında(Div), Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında (Siçan bəy), «Yaxşı arxa» tamaşasında (Tülkü), Rəhman Əlizadənin «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında (Cangüdən), «Bilqamıs əfsanəsi» tamaşasında (İlan, Odlu), E.Quliyev və A.Əbilovun «Dədə Qorqud» tamaşasında (Ağsaqqal), N.Zamanov və M.Məmmədov «Səfərin nağılı» tamaşasında (Rəmmal), N.Qarnet «Ələddinin sehirli çırağı» tamaşasında (Cin), S.Marşal «Bu ev kimin evidir?» tamaşasında (Kirpi), Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında (Vəzir), F.Məmmədovun «Tələ quran özü düşər» tamaşasında (Alabaş), Əli Səmədlinin «Artıq tamah baş yarar» tamaşasında (Səməndər), H.Ziya «Əkiz qardaşlar» tamaşasında (Cin, Kədi), T.Mütəllibov «Meşə nağılı» tamaşasında (Dələ), «Danışan qayalar» tamaşasında (Şakir), Y.Oleşa «Üç gombul» tamaşasında (Tibul), Mirvarid Dilbazinin «Göyçək Fatma» tamaşasında (Elçin), Xanımana Əlibəylinin «Cunquş» tamaşasında (Vəli baba), Mirmehdi Seyidzadənin «Sehirli nar» tamaşasında (Vüqar və Mərcan), Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında (Qurd), Vaymil Rabadanın «Zəncirlənmiş Pəri» tamaşasında (Zalım), Anarın «Qaravəlli» tamaşasında (Abbas Abbasov), Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında (Məşədi İbad), Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında (Madyan), Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında (Zalım), Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında (Çaqqal), Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında (Gavur çarı), Mirmehdi Seyidzadənin «Cırtan» tamaşasında (Div), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Mısmırıq), Eldar Baxışın «Məlikməmməd» tamaşasında (Məlikməmməd), Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında (Əzazil), Karlo Qostinin «Şahzadə Turandot» tamaşasında (Briqela), (Pantalone) rollarını xüsusi qeyd etmək olar. Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Nurəddin Mehdixanlı
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar: • Mehdi və İkinci reportyor (“Səhra yuxuları”, Anar), • Muxtar (“Təhminə və Zaur”, Anar), • Xasay və Hidayət xan (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), • Kamran (“Unuda bilmirəm”, İlyas Əfəndiyev), • Təbriz (“Büllur sarayda”, İlyas Əfəndiyev), • Böyük bəy (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), • Məşədi Təhməz (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), • Ayaz Turan (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev), • Eldar və Vaqif (“Vaqif”, Səməd Vurğun), • Ross (“Maqbet”, Uilyam Şekspir), • Aydın (“Aydın”, Cəfər Cabbarlı), • Əbu Übeyd (“Od gəlini”, Cəfər Cabbarlı), • Ərtoğrul (“Afət”, Hüseyn Cavid), • Elxan (“İblis”, Hüseyn Cavid), • Şair (“Fəryad” Bəxtiyar Vahabzadə), • Şahin (“Rəqabət” Bəxtiyar Vahabzadə), • Gur Şad (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), • Yaralı əsgər (“Hələ “sevirəm” deməmişdilər…”, R. Novruz), • İppolit (“Fedra”, J.Rasin), • Rəşid Axundov (“Brüsseldən məktudlar”, Həsən Həsənov), • Bəbir bəy (“Dirilən adam”, Mir Cəlal), • Şəmistan ağa (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı), • Nemət Həsənzadə (“Bu dünyanın adamları”, Hidəyət), • Vətən (“Xəcalət”, Hüseynbala Mirələmov), • Tağıyev (“Mesenat”, Əli Əmirli), • Xan (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundov). Aktyor Azərbaycan Dövlət Televiziyasında: • Ə. Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), • C.Cabbarlının “Solğun çiçəklər” (Bəhram), • N.Həsənzadənin “Kimin sualı var?” (İlham), • B.Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) teletamaşalarında iştirak edib. “Dədəm Qorqudun kitabı” dastanın motivləri əsasında “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev rollarına çəkilib. Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. • Xalq artisti Qabil Mehdixanlının kiçik qardaşıdır.

Məmmədova Gülyaz Zakir qızı
( Azərbaycan Opera və Balet Teatrı )

“Leyli və Məcnun” – Leyli “Aşıq Qərib” – Şahsənəm “Gəlin Qayası” – Gülbahar “Arşın mal alan” – Telli

Günel Məmmədova
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən “İbrus” teatrında fəaliyyət göstərir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ifa etdiyi rollar: • Cülyetta (“Romeo və Cülyetta”, Uilyam Şekspir) • Viktoriya (“Viktoriya”, Knut Hamsun) • Nensi (“Oliver Tvistin macəraları”, Çarlz Dikkens) • Reyhan (“Mən səni sevirəm”, Əli Əmirli) Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir. Teatr tamaşaları 1. “Çimnaz xanım yuxudadır” – Rafiq Əliyev 2. “Tıq-Tıq xanım” – Ağaxan Salmanlı 3. “Çəkməli pişik” – Nicat Kazımov 4. “Adsız” – Vaqif Əsədov 5. “Yağış yağmur daldan atılan daş” – Fikrət Sultanov 6. “Sumayyə” – (İntizar truppası ilə)

Məmmədova Lina İvanovna
( Azərbaycan Dövlət Kukla Teatrı )

Məmmədova Lina İvanovna 23 aprel 1965-ci ildə Bakı şəhərində doğulub. 1972-1982-ci illərdə 242 saylı məktəbdə oxuyub. Belorusiyanın paytaxtı Minsk şəhərində Mədəni – Maarif Məktəbində özfəaliyyət rəqs kollektivinin bədii rəhbəri ixtisasına yiyələnib (1982-1984). Belorusiyanın (1985-1988), Bakı Neftayırma Zavodunun mədəniyyət evlərində müxtəlif vəzifələrdə çalışıb. Sankt-Peterburq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mədəniyyət Universitetini bitirib. 1993-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının rus bölməsində aktrisa kimi işləyir. Yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Şarl Perronun «Göy saqqal» tamaşasında ( Qanavaş), Kamal Aslanovun «Şərq nağılı» tamaşasında (Keçi), «Qızıl almalar» tamaşasında (Simurq quşu), Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında (Qaraçı qız), Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında (Aygül), Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında (Pərizad), Tofiq Ağayevin «Qoçaq Əhməd» tamaşasında bütün rolları, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında (Şahzadə Ömər), Qrim qardaşlarının «Bremen musiqiçiləri» tamaşasında (Əsgərlər, Köməkçi), Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında (İspan qızı), Hans Xristian Andersenin «Düyməcik» tamaşasında (Düyməcik, Ana), Cani Rodarinin «Çippolino» tamaşasında (Aparıcı, Moruq, 2 albalı), Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında (Ana, Oğlan, Mer) rollarda çıxış edib. Hal-hazırda yüksək dərəcəli artistdir. Çox bacarıqlı və istedadlıdır.

Məmmədov Ayşad Kamal oğlu
( Akademik Milli Dram Teatr )

Ayşad Məmmədov dekabr ayının 6-da Bakıda doğulub. O, 1978-82-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunun dram-kino aktyorluğu fakultəsində ali təhsil almışdır. 1982-89-cu illərdə Şəki Dövlət Dram teatrında aktyor vəzifəsində çalışmışdır. Bir çox teatr festivallarında iştirak etmişdir. 1984-cü ildə “İlin ən yaxşı aktyoru” adına layiq görülmüş, komsomol təşkilatının qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır. 1989-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında, 2009-2011-ci ilin fevral ayına qədər Gənc Tamaşaçılar teatrında aktyor vəzifəsində çalışmışdır. Bu illər ərzində teatr səhnəsində 170-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir “Romeo və Cülyetta”, “Maqbet”, “Yay gecəsində yuxu”, “Hamlet”), Müsyö Jordan (M.F.Axundov “Müsyö Jordan və dərviş Məstəli şah”), Aydın (C.Cabbarlı “Aydın”), İsgəndər (C.Məmmədquluzadə “Ölülər”), Təlxək (M.F.Axudov “Ox və hədəf”), Kral (Q.Qorin “Aktyor və kral”), Padşah (Anar “Yaxşı padşahın nağılı”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Ayşad Məmmədov 2011-ci il fevralın 1-dən Akademik Milli Dram Teatrında çalışdığı müddətdə aşağıdakı rolları ifa edib: Saray şairi («Sərgüzəşti-vəziri-xani-Lənkəran » M.F.Azundzadə), Dost («Teleskop» Elçin), Paskuale («Kabuslar» E.de Filippo), Abdi («Qanlı Nigar» S.Şendil), Dieqo ata («Don Juan və həndəsə» M.Friş). A.Məmmədov bundan başqa bir çox filimlərdə və televiziya tamaşalarında da çəkilmişdir. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Yalan”, “Məhkumların cənnəti”, “Sirat körpüsü”, “6-cı palata”, “Halallıq” kimi filimlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə A.Məmmədov Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Məmmədov Ədalət Məti oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

13 iyun 1949-cu ildə Zərdab şəhərində doğulub. 23 iyun 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. 6 sentyabr 1971-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Əsas rolları: 1. Artur – («Ovod», Eteri Voyniç) 2. Rüstəm -Zal – («Söhrab və Rüstəm», İskəndər Coşğun) 3. Atlant – («Zəncirlənmiş Prometey», Cahangir Məmmədov) 4. Bəxtiyar – («Komsomol poeması», İskəndər Coşğun) 5. Rüstəm – («Sən nə üçün yaşayırsan?», İmran Qasımov, Həsən Seyidbəyli) 6. Mahmud – («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov) 7. Mete xan – («Bir parça Vətən», Fikrət Sadıq) 8. İnspektor – («Danabaş kəndinin məktəbi», Cəlil Məmmədquluzadə) 9. Xosrov – («Ölüm hökmü», Elçin) 10. 1-ci aparıcı – («Şəhidlər», Bəxtiyar Vahabzadə) 11. Qurban («Olmuş əhvalat», Aqşin Babayev)

Ramiz Məmmədov
( Azərbaycan Dövlət Musiqili Komediya Teatrı)
Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır. “Qaynana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, “Bəbirlinin kələkləri”ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır. Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verlişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyatı”, “Get gətir”, “Əzəlim qözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır. R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insandır. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübutdur. 2001-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüş R. Məmmədov indi yaradıcılığının çiçəklənmə və inkişaf dövrünü yaşayır. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Qurban Məsimov
( Azərbaycan Dövlət Pantomima Teatrı)

Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada “Yay Akademiyası” proqramı çərçivəsində “Fildenkrayz Metodu” seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli Yığıncağı” Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2002-ci illərdə ABA Televiziyasında yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Hazırda isə Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə “Gülməşəkər” verilişinin aparıcısıdır. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. Quruluş verdiyi tamaşalar 1. Kimdir Müqəssir? 2. Muğam Trio-Dizlər 3. Nərdivan Səhnə tərtibatı verdiyi tamaşalar 1. Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev 2. Uçuş. Şeyx Əttar 3. Ümid. S. Bekket 4. Manqurt. Çingiz Aytmatov 5. Şəngül, Şüngül, Məngül. M. Musabəyov 6. Şərqə Səyahət. Bəxtiyar Xanızadə 7. Dulusçu. Üzeyir Hacıbəyov 8. Zibillik pərvanələri. Bəxtiyar Xanızadə 9. Eşq. Bəxtiyar Xanızadə 10. Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi 11. Maska. Z. Zeynalov 12. İnsan. Alber Kamyu 13. Kölgə. Bəxtiyar Xanızadə 14. Korlar. A. Məmmədov 15. Foto Bahar. Üzel Arabul 16. Kesa və Morito. Akutaqava Rünoske Teatrdakı rolları 1. Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə 2. Nağaraçılar-Dikbaş 3. Kvaksafon-İntelligent qurbağa 4. Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə 5. Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev 6. Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov 7. Uçuş-3-cü Saliq. Şeyx Əttar 8. Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə 9. Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov 10. Eşq-Ulduz. Bəxtiyar Xanızadə 11. Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi 12. Kesa və Morito-Morito. R. Akutaqava 13. İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu 14. Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə 15. Korlar-1-ci Kor. A. Məmmədov 16. Foto Bahar-Fotoqraf. Üzel Arabul 17. Kesa və Morito..-Morito.Akutaqava Rünoske.

Musayeva Lalə Vilayət qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Musayeva Lalə Vilayət qızı 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-1986-cı illərdə 114 saylı orta məktəbdə,1978-1985 illərdə 5 saylı musiqi məktəbində , 1986-1990 illərdə Pedaqoji peşə məktəbində təhsil almışdır. 1990-cı ildə Bakı Musiqi Akademiyasının vokal bölməsinə daxil olub və 1995-ci ildə bitirmişdir. 1990-1991-ci illərdə 149 saylı uşaq baxçasında musiqi rəhbəri, 1991-1996, 2000-2006-cı illərdə Gənc Tamaşaçılar teatrında aktrisa, 1996-1998-cı illərdə Pantomima Teatrında aktrisa vəzifələrində çalışmışdır. 2010-cu ilin oktyabr ayından A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində çalışır.

Mustafayeva Almaz Əhməd qızı
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub. Əsas rolları: 1. Sadıx – («Mənim nəğməkar bibim», Əkrəm Əylisli) 2. Qaraca qız – («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq) 3. Bahar – («Ana laylası», İskəndər Coşğun) 4. Balaca – («Mənim mehriban balam», Şaqinyan) 5. Ramo – («Əlvida Hindistan», Qeybulla Rəsulov) 6. Əhməd – («Tamahkar», Süleyman Sani Axundov) 7. Aycan, Sevinc gülü – («Aycan», Xanımana Əlibəyli) 8. İlqar – («Sehrli yaylıq», Kərim Həsənov) 9. Gəlincik – («Gəlincik», Abdulla Şaiq) 10. Bala dovşan – («Çal oyna», İskəndər Coşğun) 11. Alverçi – («Ələddinin sehrli çırağı», Nicat Kazımov) 12. Lalə – («Açıl, bənövşəm açıl», İskəndər Coşğun) 13. Qadın – («Ah, qadınlar, qadınlar», Marat Haqverdiyev) 14. Nazar – («Sirr», Alla Axundova) 15. – («Hind fantaziyası», Rafiq Əliyev) 16. Pyero – («Çəkməli pişik», Nicat Kazımov)

Laləzar Mustafayeva
(Azərbaycan Akademik Milli Dram Teatrı)

Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun (“Özümüzü kəsən qılınc”), Məlahət (“Rəqabət”, B.Vahabzadə), Ameliya (“Dişi canavar”, F.Q.Lorka), Gülbahar (“Anamın kitabı”, C.Məmmədquluzadə), Qumru müəllimə (“Ana intiqamı”, V. Babanlı), Abbi Patnem (“Qarağaclar altında ehtiraslar”, Y.O Nil), Məhin banu (“Fərhad və Şirin”,S.Vurğun), Ziba xanım (“Lənkəran xanının vəziri”, M.F.Axundov), Hüquqə xanım (“Bu dünyanın adamları”, Hidayət) kimi obrazlar yaratmışdır. Aktrisa “Güllələnmə təxirə salınır” (Laləzar), “Gənc qadının əri” (Xalidə), “Uzun gecə” (Qadın), “Qəzəlxan” (Birinci arvad), “Qara volqa” (Pəncəli), “Divar” (Nazlı), “Ağ atlı oğlan” (Şəhla) bədii filmlərinə çəkilib. Laləzar Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. • “Pəncərə” filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır.

Firəngiz Mütəllimova
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl (“Qılınc və qələm”, Məmməd Səid Ordubadi), Qumral (“Əliqulu evlənir”, Sabit Rəhman), Bəyim (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Aynur (“Büllur sarayda”, İlyas Əfəndiyev), Mələk (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Gülnaz (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Gülruh (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Gülnaz (“Tənha iydə ağacı”, İlyas Əfəndiyev), Azadə xanım (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), Sonya (“Sizi deyib gəlmişəm”, Anar), Firəngiz (“Təhminə və Zaur”, Anar), Anna (“Həyatın dibində”, Maksim Qorki), Reya (“Böyük Romul”, F. Dürrenmatt), Tereza (“Biganələr oteli”, Rüstəm İbrahimbəyov), Əsmər (“Günah”, R. Əlizadə), Nisə xanım (“Lənkəran xanın vəziri”, Mirzə Fətəli Axundzadə), Maral (“Sənsiz”, Şıxəli Qurbanov), Nədidə (“Qanlı Nigar”, Sadıq Şəndil), Aysulu (“Sokratı anma gecəsi”, Çingiz Aytmatov və M. Şahanov), Arvad (“Mənim ərim dəlidir” (“Diaqnoz D”), Gülzar (“Poçt şöbəsində xəyal”, Elçin), Sevər (“Bu dünyanın adamları”, Hidayət Orucov), Həvva (“Varlı qadın”, Əli Əmirli), Raisa (“Mesenat”, Əli Əmirli), Nigar (“Qanlı Nigar”, Sadıq Şəndil) və s. Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan Gülnar (“Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”, Aslan Qəhrəmanov), Mərcan (“Evləri köndələn yar”, Anar), Ana və qız (“Unutmaq olmur”), Nazan (“Yad qızı”, Əlibala Hacızadə), Almaz (“Topal Teymur”, Hüseyn Cavid), Almaz (“Göz həkimi”, İslam Səfərli), Günay (“Səninlə və sənsiz”, Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar. Aktrisa “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Qaçaq Nəbi” (Sərvinaz), “Qocalar, qocalar” (Leyli), “Bəyin oğurlanması” (Telli), “İşarəni dənizdən gözləyin” (Sona), bədii filmlərində, “Mənim ağ şəhərim” (Ana), “Şərəf” (Mila xanım) telefilmlərində aparıcı rollar oynayıb. Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. Prezident təqaüdçüsüdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran F. Mütəllimova bu evliliyə öz istəyi son qoyub.

Nəcəfova Samirə Aydın qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Samirə Aydın qızı Nəcəfova 23 may 1984-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Rəşid Behbudov adına pianino üzrə musiqi məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasına daxil olub. 2008-ci ildə “Parni iz Baku” KVN-səhnəsində aktrisa kimi fəaliyyət göstərib. 2009-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində işləyir. Teatra gələn gənc aktyor truppasının içərisində özünəməxsus çalışqanlığı ilə seçilən aktrisalardandır. Teatrda Nicat Kazımovun “Ələddin” tamaşasında (cin, dəvə), Şarl Perronun “Qırmızı papaq” tamaşasında (çiçək, canavar, qarğa, pişik), Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasında (nəvə), “Nağıllar aləmi” tamaşasında (ukrayn, barmağlar, kəlağayı, rəqqasə), “Sizin saat” tamaşasında (barmaqlar, rep diyən), “Düyməcik” tamaşasında (kitabın səhifəsi, kəpənəklər), “Cippolino”tamaşasında (sinyor pomidor, balqabaq, xiyar, əsgərlər) rolları ifa edib.

Nəsibova Rada Ziyad qızı
( Akademik Milli Dram Teatr )

Rada Ziyad qızı Nəsibova oktyabr ayının 29-da Gəncə şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin prodüser şöbəsini bitirib. O, 1999-cu ildə Gəncə Dövlət Dram Teatrında aktrisa kimi çalışıb və aşağıdakı rolları oynayıb: Sevər (“Oqtay Eloğlu” C.Cabbarlı), Pəri ( “Nəsrəddin” Y.Əzimzadə), Leyla (“Ağa Kərim xan Ərdəbili ” N.B.Vəzirov). 2003 – 2007-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında da aktrisa kimi çalışıb və aşağıdakı rolları oynayıb: Nataliya Stepanovna (“Təklif” A. P.Çexov), Nadya (“Tribunal” A.Makayonok), Günay (“Durnalar qayıdanda ” Hidayət), Reyhan (“Məhəbbət əzabları” Ə.B. Haqverdiyev), Mərziyyə Davudova (“Kömürçü ailəsi” M.Qacar), Leyla (“Qısqanc ürəklər” M.Haqverdiyev) və s. Nəsibova Rada 2007-ci ildən Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Təhminə (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev ), Tələbə qız (“Mesenat”, Ə. Əmirli ), Bahar qızı (“Gəl, Novruzum” S.Cavadlı,) Cangüdən (“Varlı qadın”, Ə. Əmirli ), Qara Təlxək (“Kvazimodo” V.Hüqo), Qarğa ( “Şir və Dovşan” Nağıl tamaşa), Bala Dovşan (“Tülkü, Tülkü, Tünbəki!..”, X. Həsənova), Tələbə qız (“Mesenat” Ə.Əmirli), Şölə xanım (“Sərgüzəşti-vəziri-xani-Lənkəran” M.F.Axundzadə), Bədidə (“Qanlı Nigar” S.Şendil), Məşuqə (“Kabuslar” E.de Filippo), Ruh (“Teleskop Elçin”) və s. Rada Nəsibova aşağıdakı tele-tamaşalara, bədii filmlərə və teleseriallara da çəkilib: S.Məmmədova “Mənim üçün varsan” (Aynur), Elçin “Sarı gəlin” (Firuzə), Y.Kərimov “Qu rəqsi” (Sülhiyyə), İ.Fəhmi , C.Təvəkkül “100000 AZN ” (Qırmızı paltarlı qız), Ə.Seyidov “Gürzə “(Nigar), K.Qasımov “Qaydasız döyüş ” (Müstəntiq Nigar), S.Rüstəmxanlı “Cavad xan” (Amazonka), E.Quliyev “İstanbul reysi ” (Falçı), “Yaddaş” (Arzu), “Bir anın həqiqəti” (Jurnalist), “Ünvansız eşq” (Leyla), “Aramızda qalsın” (Lalə), “Qayınana” (Sədaqət) və s.

Növrəsli Natəvan Nazim qızı
( Azərbaycan Opera və Balet Teatrı )

“Arşın mal alan” – Gülçöhrə “Şah İsmayıl” – Gülzar “Sevil” – Dilbər “Vaqif” – Gülnar “Natəvan” – Natəvan “O olmasın, bu olsun” – Gülnar.

Yaşar Nuri
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. …İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu “hazır aktyor” sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazları yaratmışdır[1]. 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərinə quruluş vermiş, kinoda isə “Spasibo” filmini çəkmişdir. Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun “Övlad” (“Böyük oğul”)(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel(6 mart, 1977), Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki “Dəli yığıncağı” faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı “Sevil”də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır. 2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı.

Nurzadə Əli (Əli Nur)
( Akademik Milli Dram Teatr )

Səhnə təxəllüsü ‘Nur’dur. Yaradıclığının bədii-estetik imkanlarına görə daha çox romantik aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Daxilən ehtiraslı, dramatik ziddiyyətli, müəyyən pafoslu, mürəkkəb konfliktli vəziyyətlərə düşən obrazları oynamaq cəhdi güclüdür. Gözə gəlimli səhnə görkəminə coşqun daxili temperamentinə malikdir. Milli klassik dramaturqlarımızın komediyalarında ciddi yumorlu, cazibəli rolları var. Səsi ötkəm və qəltanlıdır, səhnədə cingiltili danişmağı xoşlayır. Sərt xarakterli dramatik surətlər üçün onun aktyor ifadə vasitəlri nisbətən əlvan və mənalı görünür. Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakultəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə ali aktyor diplomu alan və İnstitutda müəllim işləyən Əli Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür. Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar silsiləsini ifa edib. Bəhram. ‘Solğun çiçəklər’ , C. Cabbarlı. Arif. ‘Ana məhəbbəti’ , Y. Məmmədov. Armenak. ‘Parisli kürəkən’ , A. Papayan. Rahib. ‘İnam’ , F. Məmmədov. A.B. ‘Demoklisin qılıncı’ , N. Hikmət. Cəlal. ‘Komsomol poeması’ , İ. Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında. Tərgəldi. ‘Adamın adamı’ , Anar. İbad. ‘Almaz’ , C. Cabbarlı. Laqutin. ‘Poladəridənlər’ , G. Bokarev. Tamaz. ‘Sərbəst mövzu’ , A. Çxaidze. Ölüm mələyi. ‘İlahi komediya’ , İ. Ştok. Rüstəm. ‘Vəfalı Səriyyə’ , C. Cabbarlı. Arbeni. ‘Maskarad’ , Y. Lermontov. Aləmtac. ‘Mehrişah’ . O. Məmmədov. Bəbir. ‘Ayıl, bax bu dünyaya’ , H. Nəzərli. Zakir. ‘Toy şənbə günü olacaq’ , M. Kərim Ərəblinski. ‘Ərəblinski’ , Ə. Nur. Rəhim. ‘Ağa Kərim xan Ərdəbil’ , N.Vəzirov. Şıxlinski. ‘Bütün Şərq bilsin’, N. Həsənzadə. Şafirov. ‘Vətənə qayıtmaq istəyirəm’, V. Koşuta. Qaratay. ‘Afət’, H. Cavid. Stenli. ‘İstək tramvayı’ , T. Uilyams. Saqadayev. ‘On üçüncü sədr’ , A. Abdulin. Atabala. ‘Doğmalar’ , R. Əlizadə. Oqtay. ‘Oqtay Eloğlu’ , C. Cabbarlı. Mustafa. ‘Cahargah fantaziyası’ , K. Kərimov. Etibar. ‘ Mənim arxalandığım ‘ , N.Xəzri. Direktor. ‘Qəbul təxirə salınır’ , C. Yusifzadə. Aktyor Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı tamaşalarda da silsilə rolların ifaçısıdir. Şirzad. ‘Şeyx Xiyabani’ , İ. Əfəndiyev. Nizami Gəncəvi. ‘Atabəylər’ , N. Həsənzadə. Qazan xan. ‘Torpağa sancılan qılınc’ , N. Xəzri. Nəsimi. ‘Fəryad’ , B. Vahabzadə. Mustafa. ‘Cahargah fantaziyası’ , K. Kərimov. Mirzə Fətəli Axundzadə. ‘Mənsiz Dünya’ , N. Xəzri. Nümayəndə. ‘Tufandan əvvəl’ , A. Süleymanov. Rəhimzadə. ‘Bizim qəribə taleyimiz’ , İ.Əfəndiyev. Kumar. ‘Qanqın böyük dalğası’ , C. Əfruz. Qələndər. ‘Gülüstanda qətl’ , C. Əlibəyov. Abdi əfəndi. ‘Qanlı Nigar’ , S. Şendil. Diktor Altay. ‘Tənha iydə ağacı’ , İ.Əfəndiyev. Səlim Babayev. ‘Sevgililərin cəhənnəmdə vüsalı’ , İ.Əfəndiyev. Mirzə Məhəmməd. ‘Anamın kitabı’ , C. Məmmədquluzadə. Şair. ‘Sokratı anma gecəsi’ (‘Eşşək dərisi üzərində məhkəmə’), Ç. Aytmatov və M. Şahanov. Çapar. ‘Şah Edip, yaxud alın yazısı’ (‘Şah Edip’), Sofokl. Kərim. ‘Lənkəran xanının vəziri’ , M. F. Axundzadə. Pirqulu. ‘Aydın’ , C. Cabbarlı. Mustafa. ‘Ulduz, yaxud Ədimə fəthi’ , C. Cabbarlı. Şəfiyev. ‘Bu dünyanın adamları’ , Hidayət. Babək. ‘Dar ağac’ , B. Vahabzadə. Əlimərdan. ‘Eşq və intiqam’ , .S. S. Axundov. Qara xaqan. ‘Özümüzü kəsən qılınc’ , (‘Göytürklər’), B. Vahabzadə. Nostradamus. ‘Hələ ‘sevirəm’ deməmişdilər…’ , R. Novruz. M.F.Axundov. ‘Brüseldən məktublar’ , H.Həsənov. Səttar. ‘Rəqabət’ , B. Vahabzadə Patifor, Şezar. ‘Misir gecələri’ M.S.Ordubadi, V.Şekspir və N.Hikmət . Sarıqlı Molla. ‘Dirilən adam’ , Mir Cəlal. Rüstəm Xan. ‘Eloğlu’ , A.Şaiq. Şahi. ‘Füzuli’, M.M.Seidzadə. Səməd Mənsur. ‘İmzanın hökmü’ , T.Kazımov. Dədə Qorqud. ‘Gəl, Novruzum ‘ , S.Cavadlı. Kəlbəli Xan. ‘Qarabağnamə’ , İ.Əfəndiyev. İsrail. ‘Teleskop’ , Elçin. İstinyeli Əşrəf. ‘Qanlı Nigar’ , S.Şendil. Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Cəfər Cabbarlının ‘Mənsur və Sitarə’ (Mənsur), Füzuli Sərkərovun ‘Xatirələrdən gəlmiş qonaq’ (Mənsur), Nikolay Qoqolun ‘Novellalar’ (Qoqol), Əhməd İsayevin ‘Torpağın da canı var’ (Mahmud), Əkrəm Əylislinin ‘Ürək yaman şeydir’ (Əjdər), İlyas Əfəndiyevin ‘Qaçaq Süleyman’ (Qaçaq Süleyman), Hüseynbala Mirələmovun ‘Güllələnmiş heykəllər’ (Mirmğhsün Nəvvab) əsərlərin tamaşalarında oynayıb. ‘Doğan günəş’ (General), ‘Məhəbbətim,taleyim mənim’ (Rahib) serial telefilimlərinə çəkilib. ‘İşarə dənizdən gözlənilir’ və ‘Cavad Xan’ filmlərində çəkilmişdir. Əli Nur səhnəyə gəldiyi gündən bütün dövlət və ictimai tədbirlərin iştirakçısı olub. Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

Amaliya Pənahova
( Bakı Bələdiyyə Teatrı)

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və kino aktyorluğu” ixtisasını bitirmişdir. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur. Böyük istedada, hərtərəfli biliyə malik olan aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin “Mənim günahım”, M.Muradın “Təkan”, M.Qurbanovun “Sənsiz”, O.Altunbayın “Tomris”, A.Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar. Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətidir ki, 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Elə bu keyfiyyətləri, yəni gənc aktyor və rejissor kadrları tərbiyə etmək sahəsindəki uğurlarını nəzərə alaraq, A.Ə.Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuş və burada öz parlaq istedad və bacarığını nümayiş etdirmişdir. O Universitetin professorudur. Bu səbəbdəndir ki, onun hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir. Hal-hazırda onun dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında Amaliya xanımla birgə çalışırlar. Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur. Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995- ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- “Şöhrət” ordeni ilə təltif edilmişdir. • Aktyor Yusif Muxtarovun həyat yoldaşıdır. • Amaliya Pənahova həmçinin sənətşünaslıq elmləri doktoru adını alıb. Ötən il dekabrın 28-də “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini uğurla müdafiə edib. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını almışdır.

Poladov Əkrəm Nicat oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. «Sevil» -Əbdüləli bəy «Koroğlu» -Alı «Vaqif» -Vidadi «Şah İsmayil» -Qoca ərəb «Zoluşka» -Ögey ana «Riqoletto» -Marullo «Aida» -Ramfis «Trubadur» -Serrando «Sevilya bərbəri» -Doktor Bartolo «Toska» -Anjelotti «Boqema» Kolen «Payatsı» -Kəndli «Karmen» Suniqa və s. partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasının solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.

Qarayev Yasin Mikayıl oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər -Cırdaxan kəndində doğulub. 22 fevral 1973-cü ildə M.A.Əliyev adına Teatr İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirib. 12 mart 1973-cü ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunub. 15 may 2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır. Əsas rolları: 1. Aşıq Vəli, Mahmud – («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov) 2. Cəlal – («Komsomol poeması», İskəndər Coşğun) 3. Volodya Kulikov – («Unutmayın», Yusif Əzimzadə) 4. Elşad – («Şəhərli oğlan», Qeybulla Rəsulov) 5. Əziz – («Sağlıq olsun», İsi Məlikzadə) 6. Qarakişi – («Gəl qohum olaq», İsi Məlikzadə) 7. Qulu – («Tamahkar», Süleyman Sani Axundov) 8. Azər – («Mahmud və Məryəm», Elçin) 9. Əflətun – («Ölüm hökmü», Elçin) 10. Qələndərov – («Olmuş əhvalat», Aqşin Babayev) 11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm) 12. Əmi – («Nənənin kələyi», Əhməd Orucoğlu) 13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov) 14. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm) 15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov)

Qasımov Tariyel İskəndər oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

Aktyor 4 fevral 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1 oktyabr 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 9 fevral 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 22 may 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 1 aprel 2005-ci ildən Prezident təqaüdçüsüdür. Əsas rolları: 1. Cəlal, Bəxtiyar – («Koisomol poeması», İskəndər Coşğun) 2. Söhrab – («Söhrab və Rustəm», İskəndər Coşğun) 3. Zaur – («Yadındamı», Altay Məmmədov) 4. Pərviz – («Sən nə üçün yaşayırsan?» İmran Qasımov, Həsən Seyidbəyli) 5. Kazım – («Məhəbbət novellası», Şamil Xurşud, Əşrəf Hacıyev) 6. Meşədi Əzizbəyov – («26 Bakı komissarları» İskəndər Coşqun) 7. Polkovnik – («Kiçik torpaqda üç gün» Şamil Xurşud) 8. Zərbəliyev Səbzəli – («Məhəbbət, şeytan və lambada» Marat Haqverdiyev) 9. Salahov – («Sevirdim, çox sevirdim» Hidayət) 10. Qədim – («Büllur sarayda» İlyas Əfəndiyev) 11. Həsənzadə – («Sən həmişə mənimləsən» İlyas Əfəndiyev) Quruluş verdiyi tamaşalar: 1. Nəcəf Bəy Vəzirov – «Hacı Qəmbər» -İrəvan Azərbaycan Dövlət Dram teatrı 2. Rauf İçərişəhərli – «Ruhlar qapını döyür» – Gənc Tamaşaçılar teatrı 3. İlyas Əfəndiyev – «Sən həmişə mənimləsən» – Gənc Tamaşaçılar teatrı 4. Nəcəf Bəy Vəzirov – «Yağışdan çıxdıq, yağmura düşdük» Qazax Dövlət Dram teatrı 5. Ramiq Muxtar – «Şəhərli kürəkən» – Qazax Dövlət Dram teatrı 6. İsi Məlikzadə – «Gəl, qohum olaq» – Dərbənd Azərbaycan Dövlət Dram teatrı 7. İ.Məlikzadə «Gəl qohum olaq» Ağdam Dövlət Dram teatrı.

Nargilə Qəribova
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Nargilə Qəribova 2001-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru” fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N.Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N.Qəribova bu müddət ərzində B.Xanızadənin “Maska”, “Şərqə səyahət”, S.Musabəyovun “Şəngül, Şüngül, Məngül”, Ş.Əttarın “Uçuş”, Ü.Hacıbəyovun “Dulusçu”, U.Şekspirin sonetləri əsasında hazırlanmış “Eşq”, A.Rünoske “Kesa və Morito” tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar sənətçi kimi təsdiq etmişdir. N.Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. N.Qəribova iki dəfə ( 9 may 2012) Prezident mükafatçısı olmuşdur.

Səidə Quliyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyoru” fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin “Heç nədən hay-küy” komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tarixi dramında Bəyim, Ş.Qurbanovun “Sənsiz” dramında Sevinc, Maksim Qorkinin “Həyatın dibində” əsərində Nastya, Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular”ında Qaraqoyunlu ana, Elçinin “Ah Paris! Paris!” komediyasında Firəngiz, Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində Həcər xanım, Nazim Hikmətin “Kəllə” dramında Qadın, Bəxtiyar Vahabzadənin “Dar ağacı”nda Ana, Elçinin “Qatil” əsərində Qonşu, Mir Cəlalın “Dirilən adam”ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Kərbəlayi Fatma, Abdulla Şaiqin “Eloğlu”nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin “Atayevlər ailəsində” əsərində Reyhan, “Sarıköynəklə Valehin nağılı”nda Reyhan, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” dramında Çiçək, “Qonşu qonşu olsa” əsərində Balacaxanım, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”sunda Gülər, Əli Əmirlinin “Bala-başa bəla”sında İzzət Nəfisli, Aqşin Babayevin “Nekroloq”unda Elmira, “Dəvətnamə”də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır. S.Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür.

Quliyeva Sona Kərim qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Sona Kərim qızı Quliyeva 11 avqust 1957-ci ildə Bakı şəhərində anadan olub. 53 saylı orta məktəbdə oxuyub. Bakı Kitabxanaçılıq Texnikumunun (1976) və Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultələrini bitirib (1981-1986). 1982-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hal-hazırda yüksək dərəcəli artistdir. İyirmi yeddi illik səhnə fəaliyyətində Əyyub Abbasovun «Keçinin qisası» (Şəngülüm), Vaymil Rabadanın «Zəncirlənmiş Pəri» (Qarı), Abdulla Şaiqin «Üç nağıl» (Tülkü və Hacıleylək), Eldəniz Quliyev və Azər Əbilovun «Dədə Qorqud» (Ana), Mirzağa Atəşin «Cırtdan» (Nənə), Mərkəz Qacarın «Dövşanın məhkəməsi» (Bəbir), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Kirpi), «Ulamaqdan mələməyə» (Tülkü və Xoruz), Kəmalə Ağayevanın «Göyçək Fatma» (Ögey ana və Qarı), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (İlan, Şəms Qəmər), Əli Səmədlinin «Cubbulunun çərpələngi» (Qarı), Abdulla Şaiqin «Tıq-tıq xanım» (Nübar), Mişşi Yuxmanın «Həsir oğlan» (Qaranquş), Özel Arabulun «Dəniz dibində zəng səsi» (Süpürgəçi) rollarınında çıxış edib.

Quliyev Elxan
( Akademik Milli Dram Teatr )

Elxan Əlibala oğlu Quliyev noyabr ayının 2-də Bakı şəhərində anadan olub. 1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: 3-cü qardaş («Yatmış gözəl və yeddi qardaş» A.Puşkin), Döyüşçü («Qılınc və qələm» M.S.Ordubadi), Zəncirvuran («Dəli yığıncağı» C.Məmmədquluzadə), 1-ci qulam («Fitnə» A.Şaiq), Laldinməz polis («Səhra yuxuları» Anar), Kaytens («Maqbet» V.Şekspir), Qıran («Atabəylər» N.Həsənzadə), Ata («Anamın kitabı» C.Məmmədquluzadə), Kinto («Xanuma» A.Saqareli), Alman oğlu («İnsan» S.Vurğun), Sərkərdə Teymur («Vaqif» S.Vurğun), Kəramət («Fəryad» B.Vahabzadə), Jurnalist («Şeyx Xiyabani» İ.Əfəndiyev), Ağa Bəşir («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Qarğış («Qızıl teşt» S.Səxavət), Osvald («Kral Lir»V.Şekspir), Erkin («Özümüzü kəsən qılınc»B.Vahabzadə), Yarqıtay («Dar agacı» B.Vahabzadə), Pedro («Kəllə» N.Hikmət), Mirzə Cəlil Məmmədquluzadə («Hərənin öz payı» X.Qoca), Qulaməli («Bu dünyanın adamları» Hidayət), Əkbər («Rəqabət» B.Vahabzadə), Polis qonşu («Qatil» Elçin), Zindanbaşı və Enobarb («Misir gecələri») Axund Turab («Mesenat» Ə.Əmirli), Polad («Eloğlu» A.Şaiq), Sisianov («Qarabağnamə» İ.Əfəndiyev), Nəzarətçi («Qatarın altına atılan qadın» A.Məsud), Zindən rəisi («Qadın məhəbbəti» V.Hüqo). Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış: «Şərqin səhəri» (Bayram), «Sarıköynək və Valehin nağılı» (Rövşən), «6-cı palata» (Vanya), «Şöhrət və unudulan adam» (Fotoqraf), «Hacı Qara» (Səfər bəy), «Sonuncu şahid» (Prokuror), «Qoç döyüşü» (Akif Səmədov), «Həkimlər» (Vaqif), «Tövbə» (Çingiz müəllim), və s. teletamaşalarda, «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş: «Sevinc buxtası» (Elxan), «Ani dönüş» (Oqtay), «Pəncərə» (Sahə müvəkkili), «İstintaq» (Milis mayoru), «Ağ atlı oğlan», «Gözəl, gözəl, gözəl dünya» (Əbdül), «Biz qayıdacağıq», «Absurdistan» – Alman kinostudiyasının istehsalı, «Cavad xan», «İstanbul reysi», «Ondan yaxşı qardaş yox idi» («Mosfilm) filmlərində, «Yanmış körpülər» (Bomba), «Susmuş vicdan» (Kənan müəllim) serialına çəkilib. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Quliyev Şahlar Həsənağa oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Şahlar Quliyev 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfini bitirmişdir). 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı səhnə ustası – yüksək kategoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. “Leyli və Məcnun”da( Nofəl), “Şah İsmayıl” da (Aslan şah), “Aşığ Qərib” də (Şahvələd), “Sevil” də (Atakişi), “Arşın mal alan” da (Süleyman), “Gəlin qayası”nda (Xan), “Koroğlu”da (Həsən xan), “Aida”da (Amonasro), “Riqoletto”da (Monterone), “Toska”da (Skarpia), “Karmen”da (Eskamilio), “Payatsı”da (Tonio), “Boqema”da (Şonar), “Natəvan”da (Qasım bəy Zakir) oynadığı rollar onun tərəfindən hər zaman yüksək professionallıqla ifa olunur və rəğbət qazanır. Şahlar Quliyev Şimali Kipr, Türkiyə, Rusiya və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görulmüşdür. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. Prezident təqaüdçüsüdür.

Aygül Asəf qızı Qurbanova
( Azərbaycan Dövlət Kukla Teatrı )

Aygül Asəf qızı Qurbanova 1987-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 62 və 35 saylı orta məktəblərdə təhsil almışdır (1994-2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və Kino aktyorluq fakültəsini bitirmişdir (2005-2009). 2009-cu ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır.

Qurbanova Solmaz Cəbrayıl qızı
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

13 noyabr 1939-cu ildə Bakıda doğulub. 1953-cü ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 9 fevral 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. 1 aprel 2005-ci ildən Prezident təqaüdçüsüdür. Əsas rolları: 1. Culyetta – («Romeo və Culyetta» Vilyam Şekspir) 2. Klariçe – («İki ağanın bir nökəri» Karlo Qaldoni) 3. Cemma – («Ovod» Eteri Voyniç) 4. Şəcərət – («Əlvida Hindistan» Qeybulla Rəsulov) 5. Ana dovşan – («Çal, oyna» İskəndər Coşğun) 6. Qəmər banu – («Mahmud və Məryəm» Elçin) 7. Nərgiz – («Məhəbbət bir bəladır» Əhməd Orucoğlu) 8. Bibi – («Bala bəla sözündəndir» Əli Əmirli) 9. Suğra – («Mənim ağ göyərçinim» Tamara Vəliyeva) 10. Rəcəb – (« Anacan» Yusif Əzimzadə) 11. Ağca – («Qaraca qız» Süleyman Sani Axundov, Abdulla Şaiq) 12. Gülcamal – («Komsomol poeması» İskəndər Coşğun) 13. Afərid – («Rüstəm və Söhrab» İskəndər Coşğun) 14. Qönçə xanım – («Büllur sarayda» İlyas Əfəndiyev) 15. Xanım xala – («Ağ dəvə» Elçin) 16. Rahibə – («Səhvlər komediyası» Vilyam Şekspir)

Rəhimov Rəhim Məmmədhüseyn oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Rəhim Məmmədhüseyn oğlu Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin Universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hazırda yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl» tamaşasında – (Şair), «Ələkbər əmi gülüş planetində» tamaşasında -( Ulaq Qoşaşıllaq və Məstan Pusar), Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında – (Şahbaz bəy), Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında – (Hamamçı), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında – (İt), Eyvind Şayyenin «Od oğlan» tamaşasında – (Div), Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında – (Dəmirbaş), İfrit və Div, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında – (Çoban), Aşıq, İlxıçı və Şah, Nicat Kazımovun «Ələddin» tamaşasında – (Məğrib), Özel Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında – (Kral və Dəniz atı), Aygün Bunyatzadənin «Kral» mono tamaşasında, rus bölməsi üçün Tofiq Ağayevin «Qoçaq Əhməd» – (Əhməd), Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında – (Şah və Dərviş), Vilhelm Qaufun «Yalançı Şahzadə» tamaşasında – (Labakan), Cani Rodarinin «Çippolino» tamaşasında – (Badımcan, Kök, Həkim, Qoca soğan), Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında – (Oğlan), Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında – (Barak, şah Altoum) rolları ifa edib.

Rəhmanov Rəhman Tofiq oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb. Televiziyanın yumor verilişlərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub. Anarın «Qaravəlli» tamaşasında (Balaqədeş), Mirzəağa Atəşin «Cırtdan» tamaşasında (Div), Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında (Div və Qədeş), Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında (Təkgöz kişi), Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında (Balıqçı), Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında (Səfər), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında (Oğru), Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında (Qoca zənci), Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında (Balaqan sahibi), Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında (Canavar), Nicat Kazımovun «Ələddin» tamaşasında (Şah), Eldar Baxışın «Məlikməmməd» tamaşasında (Şah), Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib. Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.

Sərdar Rüstəmov
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Rüstəmov Sərdar Mənsur oğlu (20.08.1980) 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. O, 1999-cu ildə teatrın aktyor truppasına götürülüb. Sərdar Rüstəmov Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Mədənçi (“Aydın” C.Cabbarlı), Şikayətçi (“Lənkəran xanının vəziri” M.F.Axundov), Rəhman (“Dar ağacı” B.Vahabzadə ), Çapar, Aktyor və Korneli (“Hamlet” V.Şekspir ), Təlimçi (“Kəllə” J.Molyer ), 1-ci oğlan (“Hərənin öz payı” X.Qoca), Leandr (“Skapenin kələkləri” J.Molyer), Qəzet satan (“Brüsseldən məktublar” H.Həsənov), Elmi işçi (“İkinci səs” B.Vahabzadə ), Milis (“Ölüləri qəbristanlıqda basdırın” İ.Şıxlı), Eloğlu (“Eloğlu” A.Şaiq), 2-ci gənc (“Mesenat” Ə. Əmirli), Rizvan (“Rəqabət” B.Vahabzadə). Sərdar Rüstəmov “Mən sənin dayınam” (Rejissor assistenti), “Yanmış körpülər” (Sahib ağanın cangüdəni), “Mənim üçün varsan” (Polis rəisi), “Sarı gəlin” (Qıpçaq Məlikin vəziri) teletamaşalarında və “Təlatüm” (Ağahüseyn Babazadə), “Cavid ömrü” (Həsən Paşa) bədii filmlərində çəkilib.

Şəlalə Şahvələdqızı
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Quliyeva Şəlalə Şahvələd qızı Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin “Ah, Paris…Paris!..” satirik komediyasını Akademik Milli Dram Teatrında tamaşaya hazırlayanda tələbə aktrisaya da rol verdi. Gülbəniz rolunun məşqlərinə inamla başlayan Şəlalə Quliyeva 1996-cı ildə Akademik teatra aktrisa götürülüb. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janırlı tamaşalarda oynadığı rolların ümumi siyahısı belədir. 9 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. • Elçin “Ah, Paris… Paris” – Gülbəniz; • B.Vahabzadə “Özümüzü kəsən qılınc” – Mələk; • Elçin “Mənim sevimli dəlim” -Şəfqət bacısı; • V.Rozov “Şadlıq sorağında” – Fira; • Elçin “Mənim ərim dəlidir” – Qız; • N.Xəzri “Burla Xatun” – Banuçiçək; • Ç.Aytmatov “Sokratın anma gecəsi” – Qız; • H.Həsənov “Brüsseldən məktublar” – Pianoçu; • X.Qoca “Hərənin öz payı” – Partiyaçı; Jurnalist; • J.Rasin “Fedra” – İsmena • B.Vahabzadə “Rəqabət” – Səbinə; • A.Kamyü “Anlaşılmazlıq” – Mariya; • İ.Şıxlı “Ölüləri qəbristanlıqda bastırın” – Qəndab; • A.Şaiq “Eloğlu” – Telli.

Salmanlı Ağaxan Əli oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

29 oktyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1 oktyabr 1964-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 9 fevral 1979-cu ildən Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. 15 may 2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır. Əsas rolları: 1. Cəfər Cabbarlı – («Aydınlığa doğru» Seyfəddin Dağlı) 2. Romeo – («Romeo və Cülyetta» Vilyam Şekspir) 3. Dinar – («Yadındamı» Altay Məmmədov) 4. Səməd – («Sən nə üçün yaşayırsan?» İmran Qasımov, Həsən Seyidbəyli) 5. Doktor – («Yuxulama» Kamal Aslanov) 6. Kazım – («Məhəbbət bir bəladır» Əhməd Orucoğlu) 7. Qulam – («Pul dəlisi» Əhməd Orucoğlu) 8. Artur – («Ovod» Eteri Voyniç) 9. Hacı Murad – («Tamahkar» Süleyman Sani Axundov) 10. Kərbəlayi Mirzalı – («Danabaş kəndinin əhvalatı» Cəlil Məmmədquluzadə) 11. Flibert – («Məzəli Hadisə» Karlo Qoldoni) 12. Molla Nəsrəddin – («Molla Nəsrəddin və Əmir Teymurun filləri»Əjdər Ol) 13. Bəylər – («Nənənin kələyi» Əhməd Orucoğlu) 14. Məcid – («Dələduz» N.B.Vəzirov) 15. Fecin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Quruluş verdiyi tamaşalar: 1. «Dovşanın ad günü» – Xanımana Əlibəyli 2. «Qarışqa şıllaq atdı» – Qılman İlkin 3. «Pul dəlisi» – Əhməd Orucoğlu 4. «O da mənəm, bu da» – Dadaş Mehdi 5. «Bala bəla sözündəndir» – Əli Əmirli 6. «Arvad olmaq istəmirəm» – Əli Əmirli /Rus bölməsi/ 7. «Məhəbbət bir bəladır» – Əhməd Orucoğlu 8. «Məzəli hadisə» – Karlo Qoldoni 9. «Nənənin kələyi» – Əhməd Orucoğlu 10. «Güc birlikdədir» – Rəvan Tohidoğlu 11. «Tıq-tıq xanım» – Abdulla Şaiq N.B.Vəzirov adına Lənkəran Dövlət Musiqili Dram teatrının səhnəsində 12. «Çal oyna» – İskəndər Coşğun «Zaman» teatrının səhnəsində 13.«Cəhənnəmin yuxusu» – Xalq rəvayəti Dərbənd Azərbaycan Dövlət Dram teatrının səhnəsində 14. «Dovşanın ad günü» – Xanımana Əlibəyli 15. «Xatirə» – Yusif Əzimzadə 16. «Nənənin kələyi» – Əhməd Orucoğlu 17. «Solğun çiçəklər» – Cəfər Cabbarlı 18. «Mənim ağ göyərçinim» – Tamara Vəliyeva 19. «Tıq-tıq xanım» – Abdulla Şaiq 20. «Bankir adaxlı» – Tamara Vəliyeva 21. «Bir də etmərəm» – Rəvan Tohidoğlu 22. «Taleyin oyunu» – Rəvan Tohidoğlu.

Səfərov Atabala Osman oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

1 sentyabr 1949-cu ildə Dəvəçi rayonunda anadan olub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakultəsini bitirib. 12 dekabr 1971-ci ildən Musiqili Komediya teatrının aktyorudur. Eyni zamanda 8 sentyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Əsas rolları: Gənc Tamaşaçılar Teatrı: 1. Hacı Qara – («Sərgüzəşti-mərdi-xəsis», Mirzə Fətəli Axundov) 2. Teymurləng – («Mola Nəsrəddin və Əmir Teymurun filləri», Əjdər Ol) 3. Hacı Qəmbər, Oğul evləndirən, Püstəxanım, dünyagörmüş kişi – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf BəyVəzirov) 4. Bəy – («Qaraca qızı», Süleyman Sani Axundov, Abdulla Şaiq) 5. Serqo – («Şeyx Sənan» H.Cavid) 6. Mola Məhəmmədqulu – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə) Musiqili Komediya Teatrı: 7. Şərbətəli – («Təzə gəlin», Seyfəddin Dağlı, Cahangir Cahangirov) 8. Həsənqulu bəy – («O olmasın, bu olsun», Üzeyir Hacıbəyov) 9. Şulu – («Əlli yaşında cavan», Zülfüqar Hacıbəyov) 10. Qədir – («Qızıl toy», Oqtay Kazımov, Ramiz Heydər) 11. Milyonçu – («Səhnədə məhəbbət», Sərdar Fərəcov, Əli Əmirli) 12. Kəramət – («Qız görüşə tələsir», N Məmmədov, Tofiq Bakıxanov, Aqşin Babayev) 13. Seyfi – («Subaylarınızdan görəsiniz», Süleyman Ələsgərov, İsi Məlikzadə) 14.Qazı – («Bir günlük siğə», Rəşad Nuri-Gültəkin, Sərdar Fərəcov)