17.08.2017

Gəncə Şəhərində Mir Cəlal Paşayevin Ev muzeyi

M.C.Paşayevin Ev Muzeyi 29 sentyabr 2007-ci il tarixində açılmışdır. Fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilmişdir. Muzey əməkdaşlarının təşəbbüsü ilə 2009-cu ildən etibarən muzeydə ədəbiyyat dərsləri keçirilir. Bundan başqa tarixi və əlamətdar günlərdə müxtəlif tədbirlər qeyd olunur. Yazıçılarla görüşlər, kitab təqdimatları, muzeylər günü özünəməxsus şəkildə qeyd olunur.