07.08.2017

GoAz


Daha bir İnteraktiv Bələdçi olan “GoAz” layihəsi də il ərzində hazırlanmış və istifadəyə verilmişdir. Layihənin əsas məqsədi, ölkəmizə gələn turistlərə proqram vasitəsilə olduqları yerin öyrənilməsinə, qarşılarına çıxan obyektlər haqda məlumat almalarına, yaxınlıqda olan maraqlı yerlərin tapılaraq hansı istiqamətdə yerləşmələrini öyrənməyə və ora qədər yolun xəritəyə çıxarılmasına yardım göstərməkdir. Proqram həmçinin Azərbaycanın əhalisinə də yaşadıqları kənd, rayon və ya şəhərdə yerləşən tarix-mədəniyyət obyektləri haqda daha maraqlı tərzdə, qabaqcıl texnologiyalar vasitəsilə daha müfəssəl biliklərin əldə olunmasına yardım göstərə bilər.