21.08.2017

Goranboy rayon Xoylu kənd Tarix-Diyarşünaslıq muzeyi

Xoylu kənd Ərazi İcra Nümayəndəliyinin binasında 2 otaqda yerləşir. Fəaliyyət istiqaməti – muzeydə 1764 ədəd eksponat qorunub saxlanılır. 3 bölmədən ibarətdir – etnoqrafiya, arxeologiya və numuzmatika. Muzeyə gələn tamaşaçılar əsasən qonşu kəndlərin sakinləri və tam orta məktəbin şagirdləridir. İl ərzində muzeyə 2 mindən çox tamaşaçı gəlir. Tamaşaçılara muzeydə olan əşyalar barədə, respublikanın zəngin muzeyləri haqqında ətraflı məlumat verilir. Ölkə Prezidentinin Fərman və Sərəncamları haqqında ətraflı məlumatlar verilir.