17.09.2017

Həbib İsmayılov

Həbib Ələkbər oğlu İsmayılov — Azərbaycan kino rejissoru. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Həbib Ələkbər oğlu İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib (1931). Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1943-cü ildən kinoda fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (1960) idi. Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib.