24.09.2017

Leyla Bədirbəyli

Leyla Bədirbəyli — Azərbaycanın görkəmli teatr xadimi, Azərbaycan SSR Xalq Artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937- 1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942- 1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır. Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən ilk ailesini Fərəc Cavanşirovla gurmuşdur. 1937 -ci ildə ise bu ailede Leyla ilk oğul övladını, Cavanşiri heyata getirmişdir. Onu da geyd etmək lazimdir ki, hal-hazirda Cavanşir Cavanşirov öz aile yoldaşı Elmira Cavanşirova ilə, Fəvvarəler meydaninda yerleşən, Leyla xanımın uşaglıgda yaşadıqı evde həyat sürürlər. Onların qızlarından biri Mehin Cavanşirova ise, ABŞ-da, Texasın Huyston şeherinde yaşayir. Амма Leyla ile Fərəcin birgə ailə həyatları uzun çekmir ve bir neçe ilden sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur. Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır. O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər səhnələşdirilirdi. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olur. 1945-cü ildə “Arşın mal alan” filmi çəkilməyə başlayir. Leyla Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.