18.08.2017

Qəbələ rayon Tarix–Diyarşünaslıq Muzeyi

Qəbələ rayon Tarix – Diyarşünaslıq muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13.05.1980 – ci il tarixli 227 № li sərəncamı ilə yaradılmışdır. Əsas fondda ölkəmizin 3000 (üç min) ilə yaxın dövrünü əhatə edən 14000 (on dörd min) – dən çox tarixi və elmi əhəmiyyətə malik eksponatı təbliğ, tədqiq və mühafizə edir. Muzeyin materialları əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmış, kitablar çap edilmiş filmlər çəkilmişdir. Muzeyin elmi idarələr və turizm təşkilatları ilə sıx əlaqələri vardır. Muzeydə tez-tez ədəbiyyat, tarix dərslərinin tədrisinə şərait yaradılır. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin bir filialı İ.B.Qutqaşınlının xatirə ev muzeyi fəaliyyət göstərir. 18. 08. 2005 – ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev muzeyimizdə olmuşdur. Muzeyin 900 kvadratmetr sahəsi, 0,5 hektar bağı, 14 otağı, daş abidələrdən ibarət açıq səma altında sərgi zalı, fond otağı, akt zalı, elmi kitabxanası və s vardır.