07.08.2017

Qrafika

Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca "qraphike" sözündən götürülmüş, "rəsm, şəkil" deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir. Qrafikanın müxtəlif janrları var: 1. Kitab qrafikası. Kitabın tərtibatı məsələsini həll edir. 2. Dəzgah qrafikası. Əsər bir nüsxədə yaradılır və bundan bir neçə almaq mümkündür. 3. Elmi- tədqiqat qrafikası. Bura elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri aiddir. 4. Plokat qrafikası. Bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaqdan ibarətdir. Məsələn, Mən fəxr edirəm ki, Azərbaycanlıyam. 5. Sənaye qrafikası. Məhsulun tərkibini, onun əlamətlərini bildirir. Məsələn, açıqcalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və s. ola bilər.