19.08.2017

R.Əfəndiyev adına Şəki şəhər Tarix-diyarşünaslıq muzeyi

Şəki muzeylər şəhəridir. Dünənimizi,bu günümüzü , maddi və mənəvi dəyərlərin qorunub saxlanılmasında gələcək nəsillərə çatdırılmasında muzeylərin rolu böyükdür. R.Əfəndiyev adına Şəki tarix-diyarşünaslıq muzeyi 1925-ci ildə açılmışdır. Muzey kazarma məqsədi ilə 1895-ci ildə tikilmiş binada fəaliyyət göstərir. Binanın ümumi sahəsi 924 km²-dir. Muzeydə e.ə I minillikdən başlamış bu günə qədər 5000 eksponat , minlərlə muzey sərvətləri qorunub saxlanılır. Muzeyimiz aşağıdakı şöbələrdən ibarətdir.

1.Giriş

2.Təbiət şöbəsi

3.Qədim dövr şöbəsi

4.Etnoqrafiya şöbəsi

5.Cumhuriyyət

6.Elm,mədəniyyət,səhiyyə xadimləri

7.Döyüş şöhrəti

8.İpəkçilik

9.Kənd təsərrüfatı

10.Şəkinin süfrə və mətbəx mədəniyyəti

11.Lektoriya – Ulu Öndər Heydər Əliyevin Şəkiyə gəlişi

Adları çəkilən zallarda və şöbələrdə 2780 eksponat nümayiş etdirilir. Müxtəlif illərdə Efiopiya, Madaqaskar, İordaniya, Pakistanda keçirilən sərgilərdə muzeyimizin eksponatları nümayiş etdirilmişdir. Bundan başqa Xanti Mansiyskidəki “Человек и Природа” muzeyi ilə əlaqələr qurulmuş mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı əks etdirən böyük bir sərgi təşkil edilmişdir.