17.09.2017

Ramiz Fətəliyev

Fətəliyev Ramiz Məmmədəli oğlu — Azərbaycan kinossenaristi, Azərbaycan Respublikası Xalq Artisti.

Həyatı

Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub. 1974-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də “Rəqiblər” (kinonovella), T.Bəkirzadə ilə birgə “Ömrün ilk saatı”, “Dənizə çıxmaq qorxuludur” (V.Qonçarova, Ə.Əbluçla birgə), “Birisi gün,gecəyarısı” (M.Avdiyev, A.Donetslə birgə), “Sizi dünyalar qədər sevirdim”, “Burulğan” (E.Quliyevlə birgə), “Xüsusi vəziyyət”, “Akarsızlıq şəraitində”, “Yaramaz” (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən “Öz səadəti”, “Köhnə məktublar”, “Qraçlar”, “Mənasız həyat” (Ukrayna), “Altıncı”, “Hər cür rsqsiz”, “Həyatın mənası” (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , “Bir anın həqiqəti” (12 seriyalı), “Məhəllə”, “Qraf Krestovski” və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986-1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

Mükafatları

Ramiz Fətəliyev Azərbaycanın əməkdar incəsənət xadimi, respublika Dövlət mükafatı laureatıdır. 6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” “Şöhrət” ordeni və “Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” “Xalq artisti” fəxri adı ilə təltif edilib.