28.07.2017

Musiqi kollektivləri

Üzeyİr Hacıbəylİ adına Azərbaycan Dövlət Sİmfonİk Orkestrİ Orkestr 1920-ci ilin iyul ayında təşkil olunmuş, təcrübəli mütəxəssis M.İ.Çernyaxovski orkestrin ilk dirijoru təyin edilmişdir. Ötən əsrin 20-30-cu illərindən Böyük Vətən müharibəsinə qədər orkestrlə O.Klemperer (Almaniya), R.Baton (Fransa), F.Ştidri (Avstriya), Q.Mravinski, N.Qolovanov, A.Qauk, A.Pavlov–Arbenin, S.Stolerman kimi bir sıra dünya şöhrətli dirijorlar çıxış etmişdir. 1938-ci ildə orkestr yenidən təşkil olunur. Bu zaman Ü.Hacıbəylinin təşəbbüsü ilə Moskvadan məşhur mütəxəssis, Moskva Konservatoriyasının professoru N.P.Anosov baş dirijor vəzifəsinə dəvət edilir. 1945- 1948-ci illərdə Moskva Konservatoriyasının professoru, L.M.Ginzburq simfonik orkestrin baş dirijoru vəzifəsində çalışmışdır. 1948-ci ildən orkestrə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi rəhbərlik etməyə başlayır. Həmin vəzifədə o, qısa fasilələrlə 1984-cü ildən ömrünün sonunadək işləmişdir. Azərbaycan Dövlət Opera və Balet teatrındakı 16 illik uğurlu fəaliyyətindən sonra, yəni 1984-1990-cı illərdə və 1998-ci ildən Simfonik Orkestrin baş dirijoru vəzifəsinə Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, professor R.Abdullayev təyin olunur. Həmin vəzifəni bu günə kimi şərəflə yerinə yetirməkdədir. 1992-1998-ci illərdə Yalçın Adıgözəlov orkestrin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərmişdir. Orkestr R.Abdullayevin rəhbərlik etdiyi illərdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev, C.Cahangirov, A.Məlikov, F.Qarayev, A.Əlizadə, V.Adıgözəlov, M.Mirzəyev, A.Rzayev, M.Quliyev, A.Dadaşov və bir sıra Azərbaycan bəstəkarlarının əsərlərini ilk dəfə olaraq səsləndirlmişdir. Almaniya, Türkiyə, İsveçrə, Misir, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri kimi xarici ölkələrdə uğurla çıxış etmişdir. Orkestr onun təsis etdiyi «XX yüzilliyin musiqisi» və hər il keçirilən Beynəlxalq Rostropoviç Fesivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, 2009 və 2012-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi, 2009, 2011 və 2013-cü illərdə Beynəlxalq Muğam Festivallarının fəal iştirakçısıdır. 2007-2008-ci illərdə kollektiv İtaliyada keçirilən yay Festivallarında uğurla çıxış etmişdir. 2012-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fransanın Kolon orkestri ilə birgə Parisin məşhur Salle Pleyel zalında Azərbaycan və Fransa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir

Слушать книгу

  • Despasito
    3:15
  • Тает Лёд
    3:30
  • I Got Love (ft. Рем Дигга) L
    4:37
  • Вите Надо Выйти
    3:24

Развороты книги