21.08.2017

Saatlı rayon Heydər Əliyev Mərkəzi

Saatlı rayon Heydər Əliyev Mərkəzi 2008-ci ilin may ayından fəaliyyət göstərir. Mərkəz ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılması, inkişaf etdirilməsi məqsədilə burada mövcud olan müxtəlif növ eksponatların daha da artırılmasına çalışır. Hal-hazırda mərkəzdə 260 eksponat nümayiş etdirilir. Bunlardan 149-u foto şəkil, 23-ü sənəd, 88-i isə müxtəlif kitablardır. Bu müəssisədə IX-XI sinif şagirdləri arasında “20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır”, “Heydər Əliyev irsini daim öyrənək” “Heydər Əliyev və Saatlı” adlı inşa yazı müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışlar. H.Əliyev Mərkəzində Azərbaycan tarixində “Heydər Əliyev Fenomeni” mövzusunda ulu öndərin irsinin öyrənilməsinə həsr edilmiş konfrans keçirilmişdir. Əsas məqsəd rayonun ümumtəhsil məktəblərinin pedaqoji işçiləri və şagirdləri ilə əlaqə quraraq mərkəzdə toplanılmış zəngin irsin təbliği və azərbaycançılıq ideologiyasını məktəblilərə öyrətməkdir. Ulu öndərin anadan olmasının 93-ci illiyi münasibəti ilə burada müxtəlif forma və məzmunlu silsilə tədbirlər keçirilmişdir.Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və məktəblilər iştirak etmişlər.

Ünvanı: Heydər Əliyev xiyabanı 156

Telefon: 02128 5-21- 86