21.08.2017

Sabirabad rayon Heydər Əliyev Mərkəzi

Sabirabad rayon Heydər Əliyev Mərkəzi 2005-ci ildə yaradılmış 2013-cü ildə yenidən inşa edilərək informasiya – texnologiyalarının müasir tələblərinə uyğun olaraq qurulub istifadəyə verilmişdir. Mərkəz 3 mərtəbəli müstəqil binada yerləşir. Mərkəzin 5240,1 kv.m ümumi sahəsi və 1094,3 kv.m ekspozisiya sahəsi vardır. Eksponatlar foto- şəkillər, sənədlər, heykəltəraşlıq, video- materiallar, kitab və çap materiallarından ibarətdir. Heydər Əliyev Mərkəzinə cəlb olunan əhali zümrəsi arasında ideya–siyasi işinin səmərəliyini artırmaq məqsədi ilə müxtəlif forma və metodlardan istifadə olunur. Heydər Əliyevin həyat və yaradıcılığı haqqında mühazirələr söhbətlər sual–cavab saatları təşkil olunur. Mərkəzin kitabxanasına gələn oxucularla görüş keçirilir. Heydər Əliyev haqqında yazılmış kitablar monoqrafiyalar, qəzet və jurnallar, digər çap məhsulları barədə məlumatlarla tanış edilir, planşet vasitəsilə filmlər nümayiş olunur.

Ünvanı: Sabirabad rayonu, Heydər Əliyev prospekti 95

Telefon: 02123 5-64- 18