22.08.2017

“Şabran Şəhəri ” Tarixi Qoruğu

Şabran rayonu Şahnəzərli kəndində yerləşən “Şabran Şəhəri ” Tarixi Qoruğu (inv.N-si 63) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Dünya əhəmiyyətli arxeoloji abidəsi kimi Dövlət mühafizəsinə götürülmüşdür. “Şabran Şəhəri ” Tarixi Qoruğu – Azərbaycanın orta əsrlərdə “Şirvanşahlar şəhərinin ” ən böyük şəhərlərindən biri olub. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulub. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz olmuş və 18-ci əsrin ortalarında tarix səhnəsindən silinmişdir.”Şabran Şəhəri ” Tarixi Qoruğu Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 1343 №-li Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 14 yanvar 2004-ci il tarixli Sərəncamı ilə “Şabran Şəhəri ” Tarixi Qoruğu qalıqlarının konservasiyasına dair Tədbirlər Planı imzalanmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-cı ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda “Şabran şəhəri” tarixi qoruğunun inzibati binasının işçi layihəsi hazırlanmış, 0,12 ha torpaq sahəsi ayrılmışdır. Hər iki qoruqda bərpa və konservasiya işlərinin aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Dövlət İnvestisiya Proqramı Layihəsinə təklif verilsə də, vəsait ayrılmadığına görə işlərin görülməsi ləngiməkdədir. Eyni zamanda işlərin yerinə yetirilməsi Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009 – 2013-cü illər üzrə Azərbaycan Respublikası Regionların Sosial İqtisadi İnkişafının Sürətləndirilməsinə dair Dövlət İnkişaf Proqramı”nın layihəsinə daxil edilmişdir.