21.08.2017

Salyan rayon Heydər Əliyev Mərkəzi

Salyan rayon Heydər Əliyev Mərkəzi 2006-cı ilin avqustunda Heydər Əliyev muzeyi kimi fəaliyyətə başlayıb. 2012-ci ildən Heydər Əliyev Mərkəzinə çevrilib. 2013-cü ilin sentyabr ayının 4-də yeni müasir binaya köçürülüb. Mərkəzin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak edib. Mərkəzdə elektron kitabxana, foto-studio, şahmat, xarici dil, rəsm və rəqs dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə də 90 həvəskar məşğul olur. Mərkəz 2 ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında 9 bölmə, 17 mərhələ üzrə, 177 foto-şəkil, 22 adda sənədlər nümayiş olunur. Mərkəzdə 10 nəfər işçi çalışır. Mərkəzin direktoru İncəsənət Universitetinin məzunu kurtologiya fakültəsinin muzey-işi tarixi abidələrin mühafizəsi ixtisasına yiyələnmiş Əliyeva Nübar Mirəhməd qızıdır.

Ünvanı: Təbriz Xəlilbəyli küç 126.

Telefon: 255-55- 81