19.08.2017

Şamaxı şəhər Mirzə Ələkbər Sabirin ev muzeyi

M.Ə.Sabirin həyat və fəaliyyətinə aid olan əşyaları toplamaq əsas fəaliyyət istiqamətidir. Əşyaların mühafizəsini öyrənilməsinin və təbliğini təşkil etmək. Muzeyin profilinə uyğun elmi –tədqiqat işlərinin həyata keçirilməsini təmin etmək, mədəni-kütləvi işlər aparmaq, muzey əşyalarının qəbulu, işlənilməsi,ekspozisiya və sərgilərə mövcud qaydada verilməsini həyata kecirmək, M.Ə.Sabirin və müasirlərinin həyat və yaradıcılığı haqqında tamaşaçıların müxtəlif təbəqələrinin ,həmçinin xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnləri hazırlamaq, muzeyin fəaliyyətinin təkmilləşməsi istiqamətində tədbirlər görmək,müəyyən edilmiş qaydada nəşrlər, kataloq, buklet, bələdçi, təqvim və s. nümunələrini hazırlamaq , onların təbliğini və nümayişini təşkil etmək,bərpaya ehtiyacı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması ücün tədbir görmək, muzeyin turist marşrutlarına salınması və geniş tamaşaçı kütləsinin cəlb edilməsi ücün məqsədyönlü iş aparmaq, əhalinin müxtəlif yaş və sosial qrupları ücün daimi fəaliyyət göstərən həvəskar birliklər təşkil etmək.