21.08.2017

Şamaxı şəhər Heydər Əliyev Mərkəzi

Şamaxı şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqaməti aşağıdakılardır:

1.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialların toplanması, elmi tədqiqi və təbliği, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi.

2.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaları, maddi-mədəni abidələrin toplanması, kataloqlaşdırılması, qorunub saxlanılması və veb-saytda yerləşdirilməsi təmin etmək.

3.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi.

4.Xarici ölkələrin müasir iş təcrübəsinin öyrənilməsi, elmi və texniki heyətin peşə ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi,metodiki materiallar və təcrübə mübadiləsi haqqında xarici ölkələrin muzeyləri ilə saziş bağlanılması və həyata keçirilməsi, müvafiq şərait olduqda xarici ölkə mütəxəssislərinin qəbul edilməsi və həmin ölkələrə mütəxəssis göndərilməsi.

5.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliğ edilməsi

Ünvanı: Heydər Əliyev prospekti 27A

Telefon nömrəsi: 020265-15- 03