21.08.2017

Samux rayon Heydər Əliyev Mərkəzi

Samux rayon Heydər Əliyev Mərkəzində rəsm dərnəyi, rəqs dərnəyi, komputer kursları,ingilis dili kursları və fotostudiya fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzində müntəzəm qaydada ardıcıllıqla rayonda olan bütün təşkilatların işçilərinin, o,cümlədən rayondakı məktəb və bağça kollektivlərinin ekskursiyaları təşkil olunur. Heydər Əliyev Mərkəzində tez-tez Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masalar keçirilir.Heydər Əliyev Mərkəzinin kollektivi qərb bölgəsində yerləşən Heydər Əliyev Mərkəzləri ilə sıx iş birliyi qururlar.Mərkəzdə gənclərin iştirakı ilə vaxtaşırı viktorinalar keçirilir.Rayonumuza gələn qonaqlar Heydər Əliyev Mərkəzində olarkən işçilərimiz tərəfindən ətraflı məlumatlanırlar.Mərkəzin rəqs dərnəyinin kollektivi rayon səviyyəsində keçirilən bayram tədbirlərində yüksək səviyyədə iştirak edirlər.Heydər Əliyev Mərkəzində rayon gənclərinin iştirakı ilə vətənpərvərlik mövzusunda söhbətlər aparılır.Mərkəzin kollektivi rayonda keçirilən ictimai tədbirlərdə yaxından iştirak edirlər.

Ünvan: Samux rayon , Heydər Əliyev prospekti

Tel: 022- 275-21- 51