19.08.2017

Seyid Əzim Şirvani adına Şamaxı şəhər Tarix-Diyarşünaslıq Muzeyi

Bölgənin tarixi-maddi və mənəvi mədəniyyəti , xalq sənətkarlığı və s. ilə bağlı materialların ,digər nümunələrin toplanılması, uçotu, mühafizəsi, bərpası, nümayişi, təbliği və elmi cəhətdən öyrənilməsini təşkil etmək. Muzey əşyalarının müvafiq təlimatlara uyğun uçotunu aparmaq, mühafizə olunduğu və nümayiş etdirildiyi yerdən asılı olmayaraq fond əşyalarının fiziki mühafizəsini təmin etmək. Muzey əşyalarının qəbulu, işlənilməsi, ekspozisiya və sərgilərə mövçud qaydada verilməsini həyata keçirmək. Bərpaya ehtiyaçı olan əşyaları müəyyənləşdirmək və onların bərpa olunması üçün tədbir görmək ,Fond əşyalarının tam mühafizəsini təmin etmək məqsədilə onlar haqqında məlumatları elektron daşıyıcılarına daxil etmək və elektron kataloq vasitəsilə vahid muzey informasiya sisteminə qosulması üçün tədbir görmək. Azərbaycan tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edən nadir əşyaların surətlərini hazırlamaq, muzeyin turist marşrutlarına salınması və geniş tamaşaçı kütləsinin çəlb edilməsi üçün müxtəlif proqramlar hazırlamaq və bu istiqamətdə məqsədyönlü iş aparmaq, müasir tələbləri nəzərə almaqla muzeydə ekspozisiya qurmaq və sistematik olaraq onu zənginləşdirmək, yeni avadanlıqlarla təchiz etmək üçün tədbir görmək,muzeydə və muzeydən kənarda mədəni-kütləvi iş aparmaq, bu istiqamətdə müasir xidmət formaları və yeni avadanlıqlardan istifadə etmək. Muzey tamaşaçılarının istəklərini, rəylərini öyrənmək məqsədilə sosioloji sorğu, rəy və digər müraciət formalarını tətbiq etmək.