21.08.2017

Şirvan şəhər Dövlət Rəsm Qalereyası

Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin tabeliyindədir.Şirvan şəhər Dövlət Rəsm Qalereyası 1990-cu ildə respublika Nazirlər Kabinetinin qərarına əsasən yaradılmışdır. Rəsm Qalereyasının əsas fəaliyyət istiqaməti əhali arasında təsviri incəsənət əsərlərini, həmin sahəyə dair bilikləri təbliğ etmək, estetik dünyagörüşün düzgün formalaşmasına yardımçı olmaqdır. Rəsm Qalereyası fəaliyyətini ekskursiyalar, sərgilər və mədəni-kütləvi işin digər formalarından istifadə etməklə həyata keçirir. Dövlət Rəsm Qalereyasının əsas fondunda Azərbaycan rəssamlarının və heykəltəraşlarının 65 əsəri vardır. Bundan əlavə uşaq, yeniyetmə və gənclərin, həvəskar rəssamların çəkdikləri çoxlu sayda şəkillər toplanmışdır.