21.08.2017

Şuşa rayon Dövlət Rəsm Qalereyası

Şuşa rayon Dövlət Rəsm Qalereyası 1982-ci ildən fəaliyyət göstərir. Məlum səbəblərdən 1992-ci ildən Bakı şəhərində fəaliyyətini davam etdirir. Rəsm qalereyasının fondunda 50 rəngkarlıq əsəri, 30 qrafika əsərləri nümayiş olunur. Qalereyanın təşəbbüsü ilə Şuşanın tarixi abidələri, mənzərələri rəsm əsərlərində öz əksini tapmışdır. Qalereyanın nəzdində gənc istedadlar qrupu fəaliyyət göstərir. Təhsil alan tələbələrin əl işləri respublika və ümumittifaq sərgilərində yüksək yerlər tutmuşlar. Hər il mütəmadi olaraq sərgilər təşkil olunur.

1. Səttar Bəhlulzadə adına sərgi salonunda “Qan yaddaşı” adlı sərgi.

2. Axundov adına Milli kitabxanada “Şuşanın məhəllələri adlı sərgi

3. Ümumittifaq turizm sərgisində “ Şuşa mənzərələri” adlı sərgi

4. Bakı Mərkəzi muzey “20 il Şuşasız” adlı sərgi

5. Dənizkənarı park – Səyyari sərgilər

6. 28 Mall ticarət mərkəzində- “Şuşa abidələri”

7. Muğam mərkəzində- Sərgi və elmi konfrans.

8. Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda- “Şuşa mədəniyyət incisidir” adlı sərgi

9. Muğam mərkəzində- “Şuşanın mədəni irsini qoruyaq” adlı elmi praktiki konfrans və Şuşanın yağlı boya ilə çəkilmiş rəsm əsərləri.

10. Üç alov qülləsində “Şuşanın tarixi abidələri” adlı böyük sərgi.

11. Xalça muzeyində Şuşanın anım gününə həsr olunmuş sərgi.

2013-cü ildə Şuşa Rəsm qalereyasının təşkil etdiyi sərgi İtaliyada nümayiş olunub. Şuşa Dövlət Rəsm qalereyası Şuşanın mədəniyyətini daim qoruyur və yeni əsərlərlə zənginləşdirir.