21.08.2017

Xaçmaz rayon Dövlət Rəsm Qalereyası

Xaçmaz rayon dövlət Rəsm Qalereyası Xaçmaz raonunda 2007-ci ildən fəaliyyətə başlamışdır. 2014-cü ilin may ayının 10-da Xaçmaz rayon Dövlət Rəsm Qalereyasının yeni binasının açılışı həyata keçirilmişdir. Ümumilikdə 1050 kv.m sahəsi var. 900 kv.m ekspozisiya zalı, qalanları isə əlavə 3 otaqdan ibarətdir. Qalereyanın ekspozisiya zalında 146 təsviri sənət nümunəsi sərgilənməkdədir. Fondda isə əlavə olaraq 109 sənəd nümunəsi qorunub saxlanılmaqdadır. Xaçmaz rayon Dövlət rəsm Qalereyası rayon tədbirlərində yaxından iştirak edir. Fərdi sərgilərin təşkilində fəal iştirak edərək yerli rəssamların sərgilərini mütəmadi keçirir.