23.08.2017

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 aprel tarixli Sərəncamı və 2008-ci ilin oktyabr ayının 6-da Prezidentimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013- cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi haqqında Sərəncamı ölkə kitabxanalarında , o cümlədən Xaçmaz rayon MKS-in işində dönüş nöqtəsi oldu.2009-cu ildən etibarən müasir tipli texnologiyaların tətbiqinə başlanıldı.2015-ci ilin oktyabrından kitabxanada ALİSA- Vahid kitabxana idarəetmə sistemi tətbiq olunmağa başlanmışdır.2015-ci ildə MKS-in ümumi fondu 593591 nüsxə olmuşdur. İl ərzində fonda 1745 nüsxə yeni ədəbiyyat daxil edilmişdir.30042 nəfər oxucuya 466756 nüsxə ədəbiyyat verilmişdir.

Ünvan: Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 24

Tel: (023) 32 5-36- 51