17.09.2017

Xan Babayev

Xan Yusif oğlu Babayev — Azərbaycan kinooperatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.

Xan Babayev 22 mart 1919-cu ildə Lənkəranda anadan olmuşdur. 1937-ci ildə Politexnik İnstitutunu, 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini – B.Volçekin emalatxanasını bitirmişdir. Bir neçə bədii və sənədli filmlərin operatoru olmuşdur. 29 may 1967-ci ildə. Bakıda vəfat etmişdir.