23.08.2017

Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xocavənd rayon Mərkəzi Kitabxanası 02 yanvar 1998-ci ildə yaradılmışdır. Yarandığı gündən oxuculara kitabxana xidməti göstərir. Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarının fondunda 41.80 min nüsxə ənənəvi kitab və 205 ədəd elektron kitab (disklər) vardır. Bu kitabların 27.35 min nüsxəsi latın qrafikalı kitablar, 15.13 min nüsxəsi isə kril əlifbası ilə olan kitablardır. 2015-ci ildə Xocavənd rayon Mərkəzi Kitabxanasının kitab fondu 28932 nüsxə ənənəvi kitab və 205 ədəd elektron kitab (disklər) olmuşdur ki, onun da 17521 nüsxəsi latın qrafikası ilə nəşr olunmuş kitablardır. Həmin kitablarla hesabat ilində 1613 oxucuya xidmət göstərilmişdir. Rayon Mərkəzi Kitabxanasında oxuculara kitab verilişi 2713 nüsxə olmuşdur. Xocavənd rayon Mərkəzləşdirimiş Kitabxana Sistemində hal hazırda 4 kənd kitabxana filialları fəaliyyət göstərir. Bu kitabxanaların fondunda 13553 nüsxə kitab olmuşdur. Filiallar 2015-ci ildə 1288 nəfər oxucuya xidmət edilmişdir ki, onlara kitab verilişi 1730 nüsxə olmuşdur.

Ünvanı: Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün 2008-ci ildə salınmış 500 ailəlik qəsəbədə (Xocavənd qəsəbəsində) inşa olunmuş Rayon Mədəniyyət Evinin binası.