23.08.2017

Yevlax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Yevlax rayon MKS – in fondunda 471195 nüsxə ədəbiyyat var. İl ərzində 29005 oxucuya xidmət göstərilmişdir. Kitab verilişi 554034 nüsxə olmuşdur. MKS 13 adda qəzet və jurnala abunə olmuşdur. İl ərzində MKS – də əlamətdar və tarixi günlərə həsr olunmuş müxtəlif adda tədbirlər keçirilmişdir. Eyni zamanda MKS – də erməni faşistləri tərəfindən işğal olunmuş rayonlarımızın anım günləri, 20 Yanvar və Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş dəyirmi masalar, söhbətlər, biblioqrafik icmallar və s. tədbirlər keçirilmişdir.Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsinə həsr olunmuş sərgilər hazırlanmış, onların qəhrəmanlığı haqqında məktəblilərlə məlumat verilmiş və görüşlər keçirilmişdir. Rayon ərazisində olan hərbi hissələrə gedilmiş, əsgərlərə səyyar kitabxana xidməti göstərilmişdir. Kitabxanaya daxil olan yeni kitabların mütəmadi olaraq sərgiləri təşkil olunur, kitab təqdimatları keçirilir. MKS – də 2012 – ci ildən Elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxanada 1695 adda kitabın elektron kataloqu yaradılmışdır. Oxuculara hazırda yüksək səviyyədə elektron kitabxana xidməti göstərilir.

Ünvanı: Yevlax rayon Heydər Əliyev prospekti 7

Telefon : 0223360425