21.08.2017

Zaqatala rayon Dövlət Rəsm qalereyası

Zaqatala rayon Dövlət Rəsm Qalereyası 1989-cu ildən fəaliyyət göstərir. Qalereya 2009-cu ildən Zaqatala Tarix – Mədəniyyət qoruğunun ərazisində yerləşir. Binanın ümumi sahəsi 418 kv.m , ekspozisiya zalının sahəsi 198kv.m , fond saxlama sahəsi isə 21 kv.m -dir. Qalereyanın ekspozisiya zalında müntəzəm olaraq 65 rəsm əsəri, məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 128 əsərlə yanaşı rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında nümayiş olunur.